5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Qəbələ" hazırlıqlara start verir

“Qəbələ” sabah mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan kubokunun 2018-ci il dekabrın 20-də keçirilən 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gələcək.
 
16 günlük fasilədən sonra toplaşacaq komanda “Bakı” FK-nın təlim-məşq bazasında yığışacaq. Sənan Qurbanovun yetirmələrinin bu il keçirəcəyi ilk məşq günün ikinci yarısına təsadüf edəcək. Saat 17:00-da başlayacaq məşq prosesi ilə mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsi start götürəcək.
 
“Qəbələ” yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qırmızı-qaralar” yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Komanda Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq. “Qəbələ” Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31