16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

"Azərbaycan millisi çox asan rəqib olmayacaq"

"Həqiqətən də maraqlı qrupa düşmüşük. Macarıstanla derbini xüsusi qeyd edərdim".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Slovakiya yığmasının futbolçusu Albert Rusnak AÇ-2020-in seçmə mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
 
Slovakiya mətbuatına müsahibə verən 24 yaşlı yarımmüdafiəçi Azərbaycan millisi ilə oyunların da asan olmayacağını bildirib: "Xorvatiya millisini hər kəs yaxşı tanıyır. Onlar qrupun favoritidir. Uels də buna iddialıdır. Azərbaycan millisi də çox asan rəqib olmayacaq. Düşünürəm ki, irəli getmək şansımız var. Qrupu ikinci pillədə başa vurmağa çalışacağıq". 
 
ABŞ-ın "Real Solt-Leyk" klubunda çıxış edən Rusnak seçmə mərhələ oyunlarının hamısının bir təqvim ilinə salınmasını müsbət məqam kimi qiymətləndirib: "Seçmə mərhələ oyunlarının bir il ərzində keçirilməsi bir qədər çətin görünə bilər. Ancaq əvəzində o qədər də ciddi olmayan yoldaşlıq görüşləri keçirilməyəcək. Seçmə mərhələdə isə hamısı rəsmi və böyük önəm kəsb edən görüşlərdi. Bütün oyunlarda xallar uğrunda mübarizə gedəcək".
 
Xatırladaq ki, Slovakiya qrup mərhələsində Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla mübarizə aparacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30