5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

"İnter" Çempionlar Liqasında mübarizə aparacaq

2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Futbolxeber.az-ın məlumatına görə, bu turnir UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqudur. Bu il ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” yarışında Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək. Ayın 12-də komandamız Antalyaya yollanacaq. Həmin axşam turnirin püşkatma mərasimi baş tutacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-na kimi davam edəcək.

Qeyd edək ki, "İnter"dən başqa Antalyadakı təsnifat turnirində Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Bolqarıstanın "Slaviya", Makedoniyanın "Vardar" və Gürcüstanın "Dinamo"(Tbilisi) komandaları mübarizə aparacaq.

Əlavə edək ki, baş məşqçi Vaqif Hidayətovun komandası turnirə 16 futbolçu ilə yollanacaq.

Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.

Antalyadakı yarışın rəsmi şəxsi tanınmış türkiyəli futbolçu Rüştü Rəncbər olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31