Ölkə futbolu
Yığmamızın qolkiperi: "Suallara meydanda aydınlıq gələcək"
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Futzal Federasiyasının saytına danışan qolkiper deyib: “Püşkatmanı izlədim. Hələ ki bir rəqibimiz dəqiqləşib. Slovakiya ilə artıq qarşılaşmışıq. 2015-ci ilin sentyabrında keçirilmiş oyunlardan Bakıda 3:1 hesabı ilə qələbə qazandıq, səfərdə isə 1:1 hesablı heç-heçə etdik. Bu komandanın karyeramda xüsusi yeri var. Çünki milli komandada debütüm məhz bu komanda ilə matçda baş tutdu. Qeyd etdiyim kimi, Bakıdakı oyunda qələbə qazansaq da, oyun kifayət qədər çətin keçdi. Ancaq milli karyerama qələbə ilə başlamağımın ayrı yeri var. Digər rəqiblərimiz ilkin mərhələdən vəsiqə qazanacaq. H qrupunun qalibi, G qrupunun ikincisi ilə gücümüzü sınayacağıq”.
R.Hüseynli kağız üzərində favorit olsaq belə, tələsməməyi vurğulayıb: “Ümumi dəyərləndirmə aparsaq, püşk tərəfimizdədir. Reytinqi, iştirak etdiyimiz yarışları, rəqiblərimizi göz önünə gətirdikdə, əlbəttə, biz qrupun aşkar favoriti hesab edilirik. Ancaq bu aysberqin üzdə olan tərəfidi. Futzal sürətlə inkişaf edir. Son illərdə qeydə alınan nəticələr də bunu göstərir. Ona görə də suallara meydanda aydınlıq gətiriləcək”.
Millinin qapıçısı ilkin mərhələdən əsas mərhələyə yüksəlmək ehtimalı olan komandalarla bağlı proqnozunu da açıqlayıb: “Moldova millisini favorit hesab edirəm. Həm də bu komanda bizə tanışdı. Ancaq son illərdə Finlandiya yığması da inkişafdadır. Məncə, ilk iki yer uğrunda mübarizə bu komandalar arasında gedəcək. Digər qrupda isə Hollandiya yığması aşkar favoritdir. Ancaq istisna da ola bilər. Əgər onlar ikinci yerlə vəsiqə qazansalar, bizim üçün yad rəqib olmayacaqlar. Dünya çempionatının play-off mərhələsində məhz onlarla qarşılaşmışdıq. Səfərdə 5:1 hesabı ilə məğlub etdiyimiz hollandlarla Bakıda 4:4 hesablı heç-heçə etmişdik. Estoniyanı da unutmaq olmaz. Ümumiyyətlə, Hollandiyanı çıxsaq, digər 3 komanda güc baxımından bir-birinə yaxındırlar”.
Millimizin “dişinə” uyğun rəqiblər olduğunu deyə Hüseynli əsas mərhələ ilə işləri yekunlaşdırmaq haqda deyil, Litvaya vəsiqə qazanmağı düşündüklərini də əlavə edib: “Rəqiblərimiz “dişimizə” uyğun komandalardı. Ancaq biz əsas mərhələ ilə kifayətlənmək istəmirik. Əsas işimiz elit-raunda da olacaq. Reqlamentə uyğun olaraq elit-raundun qalibləri birbaşa final, ikinci yeri tutan millilər isə pley-off oyunlarına vəsiqə qazanacaqlar”.
Qeyd edək ki, millimiz əsas mərhələnin üçüncü qrupunda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə qarşılaşacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
























