6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

"Neftçi" xal itirdi, "Qarabağ"dan darmadağın

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, ilin son turununun bütün görüşləri eyni gündə keçirilib.
 
Günün ilk matçında çempionatın debütantı "Sabah" autsayder "Keşlə"ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
 
Son çempion "Qarabağ" heç vaxt məğlub olmadığı "Zirə"nin qonağı olub və 6:0 hesablı qələbə qazanıb.
 
"Qəbələ" səfərdə "Səbail"lə "sülh" bağlayıb - 0:0.
 
Lider "Neftçi" isə "Sumqayıt"ı qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
 
Qeyd edək ki, Topaz Premyer Liqasında iki aylıq qış fasiləsi elan edilib.
 
9 dekabr (bazar)
 
"Sabah” - “Keşlə” - 1:2
Qollar: Elşən Abdullayev, 80 - Sertan Taşkın, 34, Denis Silva, 65
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov
“Əlincə Arena”
 
“Zirə” - “Qarabağ” - 0:6
Qollar: Dani Kintana, 29, 34, 56, Mahir Mədətov, 42, Miçel, 82, Adrian Skarlatake, 90+1 (avtoqol)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
“Dalğa Arena”
 
"Səbail” – “Qəbələ” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov
“Bayıl Arena”
 
“Neftçi” – “Sumqayıt” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30