10 Iyun 2026, Çərşənbə
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı

Ölkə futbolu

"Zirə"nin legioneri 50-ci oldu

Topaz Premyer Liqasının XII turunun "Sumqayıt”la qarşılaşmasında vurulan sonuncu qol "Zirə” üçün yubileylə əlamətdar olub. 
 
Futbolxeber.az saytının məlumatına görə, Bilal Həmdinin 90+6-cı dəqiqədə vurduğu top "Qartallar”ın Premyer Liqada 70-ci ev qolu olub. Bunu 52-ci görüşdə reallaşdıran qəsəbə təmsilçisinin öz meydanındakı orta məhsuldarlığı 1,35-ə bərabərdir.
 
Bilal Həmdi həm də özünün "Zirə”dəki qol hesabını açıb. Matçın sonunda fərqlənən fransalı yarımmüdafiəçi özünün yubiley – 10-cu matçında ilkə imza atıb. Əvvəlki 9 qarşılaşmada qol sevinci yaşamayan legioner bununla da görüşdə son nöqtəni qoyub – 3:1.
 
Bilal Həmdi "Zirə”nin tarixində qol vuran 50-ci futbolçu olub. O, bunu Premyer Liqada gerçəkləşdirən 29-cu oyunçudur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30