Ölkə futbolu
Elxan Məmmədov: "Bunu bacarsaydıq, Priştinaya fərqli əhvalda gələrdik"
AFFA-nın baş katibi Elxan Məmmədov Kosovoda jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Oyun öncəsi həyəcan varmı?
- Təbii ki, milli komandamızın hər rəsmi oyunundan əvvəl həyəcan olur. Qarşıdakı matçda ən vacibi odur ki, komanda məsuliyyəti anlayır. Millətlər Liqası hələ start götürməmişdən proqnozlar belə idi ki, həlledici görüş Priştinada baş tutacaq. Belə də oldu. Sabah (söhbət dünən olub – müəl.) finala bərabər matç izləyəcəyik. Demək olar ki, bu, milli komandamızın tarixində ən vacib qarşılaşmadı. Minimum məqsədə nail olmalıyıq. Komandamız sabah meydana 3 xalı qazanmaq üçün çıxacaq. Millimizin taleyi öz əlindədi.
- Bir neçə gündü ki, mətbuatda mükafatla bağlı müxtəlif rəqəmlər səslənir...
- Oyundan əvvəl komandayla heç vaxt mükafat mövzusunda danışmırıq. Milli ilk növbədə bayrağımız, azarkeşlərimiz uğrunda oynayır. Təbii ki, qrup qalibi olacağı təqdirdə komandanı mükafat gözləyir. Ancaq ayrıca bu matç üçün heç bir mükafat elan edilməyib. Komandamızın başlıca məıqsədi qrupda 1-ci yeri tutmaqdı və milli sabah oyuna ölkə adına çıxacaq! Təəssüf ki, əsas qapıçımız son oyunda zədələndi. Ancaq tarixə nəzər saldıqda 1990-cı il dünya çempionatında Neri Pumpido zədələndikdən sonra Argentina millisində çərçivə Serxio Qoykoeçeaya etibar edildi və o, mundialın ən yaxşı qapıçısı seçildi. Elə milli tariximizdə də analoji hal yaşanıb. Uelslə oyun öncəsi zədələnən Fərhad Vəliyevi Kamran Ağayev əvəzlədi və növbəti 10 ildə millimizin əsas qapıçısı oldu. Əminəm ki, gələcəkdə də olacaq. Bu, digər qapıçılarımıza bir mesajdı ki, onlar tarixə düşə bilərlər. Əlbəttə, bu, böyük itkidi. Ancaq tarix göstərir ki, bəzən itki qazanca da çevrilir.
- Təhlükəsizliklə bağlı nə deyə bilərsiniz?
- Bəli, mediada bu barədə məlumat yayılıb. Öz növbəmizdə Kosovo Futbol Federasiyasını bu məsələ ilə bağlı məlumatlandırmışıq. Azarkeşlərimiz az olsa da, onların təhlükəsizliyi təmin olunmalıdı. Bu üzdən də əlavə təhlükəsizlik tədbirləri görüləcək. Bu məsələylə bağlı azarkeşlərimiz problem yaşamamalıdı.
- Baş katib kimi yox, bir azarkeş kimi proqnozunuz?
- Bu cür oyuna proqnoz vermək çox çətindi. Həm AFFA rəsmisi, həm də azarkeş kimi onu deyə bilərəm ki, bura 3 xal arxasınca gəlmişik. Əsas odur ki, komanda özü hər şeyi gözəl dərk edir. Biri var komanda tərəddüd edir, biri də var anlayır və inanır. Millimiz qələbə üçün hər şeyi edəcək.
- Kosovo millisi çox şişirdilmir?
- Qrup mərhələsi Kosovodan bir baş üstün olmadığımızı göstərdi. Biz hamıdan aşkar üstün olsaydıq, sonuncu görüş formal xarakter daşıyardı. Sabah bizi final gözləyir. Demək olar ki, tərəflərin qüvvələri bərabərdi. Bəli, reytinqə baxdıqda, biz üstün idik. Ancaq bu, qısa zamanı əhatə edən turnirdi. Burda hər şey ola bilər. Sürprizlər də yaşandı. Təəssüf ki, Maltanı keçirdiyimiz 2 oyunun heç birində məğlub edə bilmədik. Bunu bacarsaydıq, Priştinaya fərqli əhvalda gələrdik. Kosovo da Farer adaları ilə görüşdə problem yaşadı və qarşılaşmalardan birində bərabərə qaldı. Bu, futboldu. Hesab edirəm ki, komandaların gücü bərabərdi. Ancaq Kosovo evdə oynayacaq və bu üzdən psixoloji baxımdan hazır olmaq lazımdı. Hesab edirəm ki, komandamız bu baxımdan da hazırdı. Məşqçilər korpusu bunun üçün hər şey edib. Kamran Ağayevdən savayı heç kimin zədəsi yoxdu.
- Azərbaycan nümayəndə heyəti Kosovoya səfərdən sonra Serbiyaya getməkdə problem yaşamayacaq?
- Ümid edirəm ki, buraxacaqlar (gülür). Oyundan sonra UEFA və FİFA-ya müraciət edəcəyik. Artıq Avro-2020-nin seçmə mərhələsində Serbiya ilə eyni qrupa düşə bilərik. Bu barədə əvvəllər də UEFA-ya məlumat vermişdik.
- Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr olubmu?
- Bəli, Xarici İşlər Nazirliyi ilə məsləhətləşmişik. Biz də Kosovo kimi UEFA və FİFA-nın daimi üzvləriyik. Bu üzdən də bura gəlməyə məcbur idik. Çünki əks təqdirdə sanksiya ilə üzləşə bilərdik. Kosovolu idmançılar artıq bir neçə dəfə Azərbaycanda təşkil edilən idman yarışlarında iştirak ediblər. Elə futbol yığmaları da ölkəmizə gəlib. Əlbəttə, futbolun siyasətə qarşımasını istəməzdik. Bizim fikrimizi soruşsaydılar, bəlkə də Kosovoya gəlməyi heç istəməzdik. Ancaq FİFA və UEFA-nın qərarlarına hörmətlə yanaşmalıyıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























