1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Elxan Məmmədov: "Qrupda birinci yeri tutmaqla iş bitmir"

“Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədi, növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a AFFA-nın baş katibi Elxan Məmmədov bu gün UEFA Millətlər Liqasının V turunda Farer adaları komandasını qəbul edəcək Azərbaycan yığmasının şanslarını dəyərləndirərkən deyib.
 
Milli assosiasiyanın rəsmisi bildirib ki, yeni turnir AÇ-2020-yə vəsiqə qazanmaq baxımından çox gözəl bir şansdır:
 
“Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdir. Artıq risk etmək olmaz.
 
Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdir. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır”.
 
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq. Kosovo hazırda 8 xalla qrup lideridir. Azərbaycanın 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31