30 Sentyabr 2026, Çərşənbə
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi

Ölkə futbolu

Ukraynalı futbolçu: "Vorskla" "Qarabağ"a Poltavada da qalib gələcək"

Ukraynanın “Zarya” klubunda forma geyinən Vitali Vernidub Futbolxeber.az saytına açıqlama verib.

Uzun illər “Qəbələ”də oynamış futbolçu “Qarabağ”ın “Vorskla”ya qarşı keçirəcəyi görüş haqda fikirlərini bildirib. O, həmyerlilərinin “Qarabağ”a Poltavadakı görüşdə də qalib gələcəyini ehtimal etdiyini bildirib: “Vorskla”nın “Qarabağ”a qarşı Bakıda keçirdiyi oyunu da izləmişdim. Mən oyundan öncə də “Vorskla”ya azarkeşlik edəcəyimi bildirmişdim. Həmyerlilərim vacib qələbə qazandılar.

Poltavadakı görüşün daha çətin keçəcəyini demək olar. Amma düşünürəm ki, Poltavada da “Vorskla” “Qarabağ”a qalib gələcək. “Vorskla”ya azarkeşlik edəcəm. “Qarabağ”ın əvvəlki illərlə müqayisəd zəiflədiyini və ya gücləndiyini deyə bilmərəm. İstənilən halda “Qarabağ” güclü komandadı”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30