13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

"Qəbələ"dən 14 cavabsız qol

“Qəbələ” akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları arasında keçirdiyi liqalarda növbəti oyunlarını keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Gənclər Liqasında “Sabah”ın qonağı olan U-19 altı cavabsız qolla qalib gəlib. U-16 və U-15 da son turu səfər qələbəsi ilə başa vurub. Sonuncular “Zirə”ni 2:0, 16 yaşadək futbolçular isə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib.
 
Paytaxt zonasında mübarizə aparan U-13 “Səbail”lə matçdan xalsız ayrılıb - 0:3. U-12 Liqasının Şimal-Qərb regionunun Qəbələdə keçirilən oyunlarında bu şəhərin iki komandası üz-üzə gəlib. UGİM “Qəbələ”nin qapısından 4 top keçirən “Qəbələ” 3 xal qazanıb. Eyni zonada mübarizə aparan U-10 komandalarının ikisi də 3 xal əldə edib. UGİM “Qəbələ” UGİM-ə (Ağdaş) 3:2 hesabı ilə qalib gəlib. “Qəbələ” isə UGİM-ə (İsmayıllı) 14 cavabsız qol vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31