28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

"Qarabağ"ın oyununa baxa biləcəyik?

Avqustun 8-də "Qarabağ" Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə İsveçin "Gefle" klubunun qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, qarşılaşmaya 3 gün qalmasına baxmayaraq, matçın ölkəmizdə canlı olaraq yayımlanıb-yayımlanmayacağı hələ bəlli deyil. "Qarabağ" rəhbərliyi yayımı təşkil etmək üçün əlindən gələni edir. Klubun meneceri Asif Əsgərov da hazırda İsveçdədir. Lakin kanallardan heç biri matçı yayımlamaq üçün Ağdam klubuna müraicət etməyib. Bu səbəbdən də azərbaycanlı futbolsevərlərin matça baxa biləcəkləri sual altındadır. Əgər, İsveç kanallarından hansısa biri qarşılaşmanı canlı yayımlasa, o zaman oyun ölkəmizdə də göstərilə bilər. Bu zaman isə bütün xərcləri "Qarabağ" çəkəcək. Qeyd etdiyimiz kimi, yerli kanallar taleyüklü matça qeyri-ciddi yanaşırlar. Yox, "Gefle" - "Qarabağ" matçını İsveç kanalları da yayımlamasalar, o zaman çətin ki azərbaycanlı azarkeşlər televiziya vasitəsi ilə oyuna tamaşa edə bilsinlər. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28