9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

Rüfət Dadaşov: "Het-trik etməyim yadıma gəlmir"

“Proyssen”in forvardı Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, Almaniya üçüncü Bundesliqanın son turunda “Hanza” ilə görüşdə het-trik edən Dadaşov bir çox məsələyə münasibət bildirib:
 
- Yəqin ki, 4:1 hesabı ilə qələbədən, het-trikdən sonra rahat yata bilmisiz?
 
- Xeyr. Oyunlardan sonra hər zaman fikirli oluram, rahat yata bilmirəm. Bu dəfə matçdan sonra yatağa girəndə gülürdüm. Amma yenə də yuxuya gedə bilmirdim.
 
- Bir oyunda üç qol vurdunuz. Belə hallar tez-tez olur sizdə?
 
- Düzünü desəm, yadıma gəlmir. Bəlkə nə vaxtsa “Dinamo”(Berlin) klubunda olub. Amma indi yadıma sala bilmirəm.
 
- Altı dəqiqəyə iki qol necə?
 
- Bu dəqiq olmayıb. Sadəcə hər şey tez bir zamanda alındı. Düşünməyə vaxt yox idi. Amma çox yaxşı idi.
 
- Üçüncü liqanın bombardiri olmaq sizin üçün çox önəmlidi?
 
- Bombardir olmaq istəyirəm, ancaq komandamın qələbəsi daha önəmlidi. Bu oyunda komandanın üç xalı, mənim üç qolumdan vacibdi.
 
- Bu cür davam edəcəksiz?
 
- Zaman göstərəcək. Baş məşqçi mənə güvənir, ona təşəkkürümü bildirirəm. Qarşıdakı oyunlarda da onun etimadını doğrultmağa çalışacam.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31