Ölkə futbolu
"Çalışacağam ki, hamıya Rəşadın ölmədiyini göstərim"
"Bildiyiniz kimi, elə bu yay "Bakı”ya keçmişdim. Amma Avstriyaya toplanışından sonra baş məşqçi ilə hərtərəfli söhbətimiz oldu. Çox futbolçu transfer etdiyini dedi və "sənin kimi futbolçunu ehtiyatda saxlaya bilmərəm. Ya ehtiyatda qalıb şansını gözləməlisən, ya da başqa kluba keçməlisən” söylədi. Mən də ikincini seçdim". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Bakı"nı "Rəvan"a dəyişən Rəşad Abdullayev deyib.
Yeni klubunun rəsmi saytına müsahibə verən təcrübəli futbolçu "Rəvan"a keçidi haqda bunları deyib: "Elə oldu ki, "Rəvan”la söhbətimiz və razılaşmamız baş tutdu. "Rəvan”la danışıb, karyeramı burda davam etdirmək qərarına gəldim. Karyeramda özüm üçün yeni səhifə açdım. Çünki mən həmişə oynamış futbolçu olmuşam. "Rəvan” Bakını təmsil etdiyindən bura keçməyi üstün tutdum. Həm də baxdım ki, bu komandanın perspektivi var, onların şərtləri də məni qane etdi. Komandanın heyətinə baxmışam, yaxşı uşaqlar var. Perspektiv gördüm deyə bura gəldim”.
Abdullayev mövsümün sonunda "Rəvan”da qalmaq variantına da toxundu: "Çempionat uzun olacaq. Çalışacağam ki, burada özümü yaxşı tərəfdən göstərim və hamıya həmin Rəşadın ölmədiyini göstərim. Hələ 31 yaşım var. Özümdə 35 yaşa qədər oynamağa güc hiss edirəm. Bütün təcrübəmi ortaya qoyacam. Mən çox komanda dəyişən futbolçu deyiləm. Mövsüm mənim üçün uğurlu olsa, nəyə görə də "Rəvan”da qalmayım?! Hər şeyi zaman göstərəcək. İşlərim yaxşı getsə, hər şey məni qane elesə, burda qalaram”.
"27” nömrə "Rəvan”ın iddiaları haqda da danışdı: "Rəvan” cari mövsüm ən yüksək yerlər uğrunda oynayacaq. Rəhbərliklə söhbətimiz zamanı da hər şeyin ciddi olduğunu hiss etdim. Məqsəd məncə, ilk "5-liy”ə düşməkdir. Amma bunun üçün startdan uğurlu başlamaq lazımdır. Lap elə "Simurq” ilə oyundan. Onlar keçən il sürpriz elədi, əsas iddiaçıların başı avrokuboklara qarışdığından zaqatalalılar hamını təəccübləndirdi. Sonradan da ilk "6-lığ”a düşdülər. Belə uğura "Rəvan" da imza ata bilər. Sadəcə, özünəinamı artırmaq və bir az soyuqqanlı olmaq lazımdır”.
Sonda Rəşad elə ilk turdan oynamağa hazır olduğunu söylədi: "Bakı” ilə hazırlıqlarda iştirak etmişəm.Yaxşı forma yığmışam. Sadəcə, ola bilsin, "Rəvan”dakı futbolçularla hələ bir-birimizi tam başa düşmürük. Axı komandaya 2-3 gündür qoşulmuşam. Amma tədricən bu problem də həll olunacaq. Vaxt keçdikcə hər şey düzələcək inşallah. Qəbələyə qələbə dalınca gəlmişik. Hər iki tərəf üçün neytral meydandır. Amma məmin üçün tanış məkandır. Axı ötən mövsüm "Qəbələ”də oynamışam. Bəlkə də bunun özü bir işarədir. Məşqçi şans versə, çıxıb öz bacarığımı tam ortaya qoymağa çalışacam”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























