28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

Syomin: "Bu, fitnəkar sualdır!"

"Qəbələ”nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın 2013/14 mövsümünün açılış matçında “Bakı” ilə oyundan (2:1) sonra Rusiyanın "Sportbox.ru" saytına müsahibə verib. 

- Rusiyadan təklif alsanız, buradakı işinizi qoyub, ölkənizə qayıdarsınız? 

- Bu, fitnəkar sualdır! Mənim “Qəbələ” ilə müqaviləm və həmçinin qarşıda klubun inkişaf planları var.

- Siz Azərbaycanda çalışan ilk rusiyalı baş məşqçilərdən birisiniz. “Qəbələ”yə rusiyalı futbolçuları dəvət etmək istəyirsiniz? 

- Hesab edirəm ki, oyunçuları rusiyalı, afrikalı və başqa birisi deyə ayırmaq düzgün deyil. Əsas odur ki, komandaya yaxşı futbolçular almaq lazımdır.

- Bu mövsüm "Qəbələ"nin qarşısında əsas hədəf nədir?Komandanızın avrokuboklara vəsiqə qazanması?
 
- Avrokuboklara vəsiqə qazanmaq bizim üçün vacibdir. Ancaq hazırda əsas məsələ növbəti matçı qazanmaqdır. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28