12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Gefle"nin qapıçısı: "Cavab görüşündə qalib gəlməyə borcluyuq"

Dünən Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzan İsveçin "Gefle" klubunun qapıçısı Matias Huqosson görüş barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, 29 yaşlı qapıçı bəxtlərinin gətirdiyini etiraf edib: "Qapımız önündə yaranan qol imkanlarını nəzərə alsaq, 0:1 hesablı məğlubiyyətə görə şükür eləməliyik. Biz Bakıda gözlədiyimizdən də qat-qat aşağı səviyyədə oynadıq. İndi avqustun 8-də keçiriləcək cavab görüşündə qalib gəlməyə borcluyuq. Əlbəttə ki, ilk matçın nəticəsi rəqib üçün üstünlükdür. Şübhəsiz ki, bizim də şanslarımız var. Amma istənilən halda, məğlubiyyətə görə təəssüflənirik. Bu qədər uzun vaxt müdafiədə oturanda qol buraxmaq ehtimalı böyüyür. Elə təsir edən məqam da odur ki, bu qədər əziyyətdən sonra matçın sonlarında qol buraxırsan”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30