10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Qarabağ" üçüncü mərhələdə "səpələnmişlər"dən olacaq

"Qarabağ" bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Olmipiya"nı qəbul edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu ikinci təsnifat mərhələsinə adlasa, Çempionlar Liqasının III mərhələnin püşkatmasında "səpələnmişlər" səbətində yer alacaq. Bu isə təmsilçimizin daha aşağı reytinq xalı olan komanda ilə üz-üzə gəlməsi üçün şərait olacaq.
 
Buna səbəb "Suduva"nın APOEL-i mübarizədən kənarlaşdırması olub. Məhz bundan sonra "Qarabağ" III mərhələnin ən reytinqli 6 komandasından biri olub. BATE ilə eyni əmsala malik komandamız əlavə göstəricilərdə Belarus təmsilçisini qabaqlayır.
 
ÇL-in III təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31