6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

"Neftçi" üçün bundan daha da faydalı olacağam"

"Neftçi"nin forvardı Baqali Dabo UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində "Uypeşt” üzərinda ilk oyun qələbəsinin (3:1) memarlarından biri oldu.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə "Neftçi"ni önə çıxardı.
 
"Neftçi”-yə bu yay transfer pəncərəsi çərçivəsində qoşulan Dabo, cavab oyunu ilə bağlı öz fikirlərini klubun rəsmi saytına bölüşüb: "Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.
 
Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib: "Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.
 
"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib: "Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacağam”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30