Ölkə futbolu
Ruslan Abışov: "İnanırdıq ki, dönüş edib qələbə qazanacağıq" - MÜSAHİBƏ
"Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan "Uypeşt”inə evdə 3:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Hesabda geri düşdükdən sonra oyunu çevirmək üçün necə motivasiya tapdınız?
- Açığı, buraxdığımız qol təsadüfi idi. Orada ani anlaşılmazlıq oldu. Amma matç göstərdi ki, biz rəqibdən üstünük. Qol epizodlarımız çox oldu. İnanırdıq ki, dönüş edib qələbə qazanacağıq. Çünki rəqibi yaxşı təhlil etmişdik. Hələ hər şey bitməyib, qarşıda çətin səfər görüşü var. Deyərdim ki, şanslar hələ 50/50-yədir. Səfər oyununa da ciddi hazırlaşıb, yaxşı motivasiya ilə meydana çıxmaq istəyirik. Orda da qələbə qazanmaq və mərhələni keçmək arzusundayıq.
- 2:1 hesabı ilə öndə olarkən baş məşqçinin Slavko Braliçi meydana buraxması narazılıqla qarşılandı ki, niyə hesabı qorumağa çalışırsınız?
- Çünki qol epizodlarımız çox idi, daha böyük fərqlə qələbə qazana bilərdik. Hava da çox isti idi və rəqib ikinci hissədə tamamilə müdafiəyə çəkilmişdi. 5-li müdafiənin də üzərində işləmişdik. Baş məşqçi kənardan hər şeyi daha yaxşı gördü. Bizi çətin səfər oyunu gözləyir. Çünki onların iki əsas oyunçusu gəlməmişdi. Bu üzdən arxayınlaşmaq olmaz.
- Sanki "Uypeşt” fiziki cəhətdən zəif idi. Çünki ikinci hissədə artıq çatdırmırdılar...
- Biz çox yaxşı hazırlıq, fiziki məşqlər keçmişik. İnanıram ki, Macarıstanda bizə daha rahat olacaq. Çünki hava şəraiti də oynamağa imkan verəcək. Bu gün çox isti idi, oynamaq çətin olurdu. Orda rəqib daha çox hücum, pressinq edəcək. Yəqin ki, daha çox hücumçu ilə meydana çıxacaqlar ki, erkən qol vursunlar. Biz də buna hazır olmalıyıq.
- "Neftçi” yenilənmiş komandadı. Hazırkı heyəti ötən mövsümün sonundakı kollektivlə müqayisə edə bilərsinizmi?
- Komandanın 3-cü yeri tutmasında baş məşqçidən tutmuş, gedən futbolçulara kimi, hamının zəhməti olub. Onlara hər zaman təşəkkürümü bildirirəm. Artıq yeni səhifə açılıb: yeni baş məşqçi, yeni heyət. Həm çempionatda, həm də Avropa Liqasında bacardığımız qədər uğurlu çıxış etmək istəyirik. Baxmayaraq ki, mərhələ keçdikdə daha ağır rəqib gəlir.
- Bu komanda çempionatda nəyə ümid edə bilər?
- Çempionat oyunları tam fərqli olur. Məşqlər keçdikcə komanda daha yaxşı duruma gələcək. Çünki yeni komandadır, ilk rəsmi oyunumuz idi. İstər-istəməz futbolçuların üzərində təzyiq var idi, anlaşma tam yaxşı vəziyyətdə deyildi. Oyundan-oyuna hər şey yaxşı olacaq.
- Bu qələbədən sonra demək olarmı ki, "Sevilya”nın rəqibi "Neftçi” olacaq?
- Bu barədə danışmaq hələ tezdir. "Sevilya” dünyanın top-komandalarından biridi.
- "Lill”, "Atletik” kimi komandalar da bura gəliblər. Belə klublar təsnifat mərhələsinə ciddi fikir vermir. Bu amil sizə sürpriz etmək şansı yaratmır?
- "Uypeşt” səddini keçək, ondan sonra bu barədə danışmaq olar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
03.11.2026
02.11.2026
























