29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

“Sumqayıt”ın kapitanı: “Onların bizə köməyi çox dəyəcək”

"Həm Elvin Məmmədov, həm də Əfran Ismayılov təcrübəli futbolçulardı. Inanıram ki, onların bizə köməyi çox dəyəcək".

Bunu Futbolxeber.az saytına açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

O, "Sumqayıt"ın strategiyasının dəyişdiyini bildirib: "Gedən oyunçularımız da təcrübəli futbolçular idi. Gənc və təcrübəli futbolçularla  vəhdət təşkil edib yaxşı komanda formalaşdıracağıq. Düşünmürəm ki, strategiya dəyişəcək. Gənclər də çox olacaq yəqin.

Bizim komandanın strategiyası var, ancaq yerlilərlə oynamaq. Bizim də işimiz çıxıb adımıza layiq futbol oynamaqdı. Yeni gələnlər də lazımınca kömək edəcəklər bizə".

"Sumqayıt"da olduğu müddətdə "Neftçi" və "Qəbələ" ilə adı hallanan Samir Abasov sonda heç bir kluba keçəsi olmadı. Vurğun Hüseynov Abasovun işsiz qalmayacağına inandığını dilə gətirib: "Samir müəllimin köməkçisi Seymur müəllimlə danışıram. Açığı, gözləmirdim ki, Samir Abasov klubsuz qalsın. Ancaq Samir müəllimə tələbat olacaq. Çünki o, kənarda qalası məşqçi deyil".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31