Ölkə futbolu
Şərəfi “kitayski” çıxanlar və savaba görə cəhənnəm çəkənlər YAZI
"Xəzər Lənkəran”a könül verən dəyərli dostlardan biri zəng eləmişdi. "Kontur” sıxıntısı olmasa da, ətraflı girişə ehtiyac görmədi. Söhbəti qısa elədi, dedi ki, qardaş, İsrail komandası iki oyuna qapımıza 10 top vurdu. Klubumuzun 10 illik yubileyinə 10 qol hədiyyə etdilər. Nə yaxşı ki, "Xəzər Lənkəran”ın 20 yaşı yox imiş...
Təbii ki, dostum zarafat eləmirdi. Baş verən rəzillikdən necə tüstüləndiyi telefondakı səsindən də bəlli idi. Hayfa "Makkabi”sindən aldığımız utancverici məğlubiyyətə 50-60 dostum şahidlik etsə idi nə vardı ki... Heç bu yazını yazmağa da ehtiyac qalmazdı. Nə yazıq ki, təkcə klub deyil, Lənkəran və Azərbaycan adına bu rəzaləti bütün dünya gördü.
Nə Mübariz Mənsimovun yaratdığı "Xəzər Lənkəran”, nə Lənkəran, nə də Azərbaycan bu biabırçı hadisəyə layiq deyildi. İki oyunda qapımızı aşsüzənə döndərməyə "Makkabi”nin tək gücü çatmazdı. İsrailli futbolçularla qələbəni xonçada bağışlayanlar oldu. Şərəfi "kitayski” çıxanlar bizə bu rüsvayçı məğlubiyyəti yaşatdılar.
Klubda işlərin "ni to” getdiyini görməyən, duymayan yox idi. Həyatda ən acı şey insanın qorxduğunun başına gəlməsidi. Hayfalı futbolçularla cavab görüşündən öncə klub rəsmilərindən biri ilə telefon danışığımızda oyunda bəzi futbolçuların "oyun oynayacağından” şübhələrimi dilə gətirmişdim. Təəssüf, çox təəssüf ki, proqnozum özünü doğrultdu. Sevinmirəm. Allah kəssin belə düz çıxan proqnozu.
Lənkəranın adına, Mübariz Mənsimovun nüfuzuna, "Xəzər Lənkəran”ın 10 illik tarixinə qara ləkə vurulub. Bunu yalnız qapımızdan qol keçirənlər etməyib. Bu gün adı əsas heyətdən uzaqlaşdırılan futbolçular da rəzalətin tək günahkarları deyillər. Mirzə İbrahimovun "Böyük dayaq” əsərində yazıldığı kimi, onlardan da təhlükəli ilanlar daş altında yatır.
Könül verdiyimiz "Xəzər Lənkəran”ın faciəli durumu göz qabağındadı. Bu acınacaqlı vəziyyətə görə klubda çalışan hər bir kəs məsuliyyət daşıyır. Heç kim orda-burda gizlənməyə cəhd göstərməsin. İnsanlardan qaçmağa, gizlənməyə nə var ki. Amma Allahdan qaçmaq hələ heç bir bəndəyə nəsib olmayıb. Yarımcan "Turan”ı, "Gəncə”ni, onlardan geri qalmayan Malta "Slima”sını güc-bəla ilə udanda telekanallardan, qəzet və saytlardan gözümüzü yağır edən klub rəsmiləri niyə indi görünmürlər? Çıxıb niyə azarkeşlərdən üzr istəmirlər? Mən bildiyim qədər ilə Mübariz Mənsimov yalnız mətbuat xidmətinin rəhbərinə maaş vermir. Klubda ancaq rəhbər vəzifə tutan bir "KAMAZ” adam var. Niyə indi biri də gözə dəymir? Onların da şərəfinin "kitayski” çıxdığına inanmaq istəmirəm.
İnandığım bir şey var. Klub azarkeşlərinin bu məsələdə heç bir günahı yoxdu. Buna yüzdə yüz əminəm. Həmin faciəli və qara gündə heç bir "Xəzər Lənkəran” azarkeşi "Maral, Maral, Maral” kimi düşük mahnını kefindən oxumayıb. Heç bir lənkəranlı gülümoğlan Güloğlanın yumruğuna güvənən, Mahiri mahircəsinə şıllaq atan "Neftçi”nin adını sevincindən qışqırmayıb. Bunları əsəbdən, ürək yanğısı və sizə nifrətdən ediblər. Klub rəhbərliyi anlamır ki, azarkeşlərin onlara borcu yoxdu. Klubun onlara borcu var. Təbii ki, söhbət mənəvi borcdan gedir. Maddi yox, mənəvi borcdan. Bilmirəm, anlada bildimmi?
Gözəl şairimiz, dəyərli ziyalımız Musa Yaqubun çox sevdiyim misrası var
Bəlkə də yeganə müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə.
Dostum Musa Yaqub tək deyil. "Xəzər Lənkəran”ın savaba- "ağ-yaşıllara” köül verdiyinə görə cəhənnəm çəkən on minlərlə azarkeşi var.
Ola bilsin ki, yaxın 20-25 gündə klub rəsmilərindən kimsə mətbuatda peyda olmağa özündə güc tapsın və "Biz baş məşqçinin işinə qarışmırıq” kimi köhnə bayatı oxusun.
Ola bilsin... Amma beləsi varsa bilməlidi ki, Con Toşak kimi dünyaca məşhur məşqçinin işinə qarışmağa onun səviyyəsi yetməz. İkincisi də, baş məşqçinin işinə qarışmamaq hər hansı bir klub rəsmisini məsuliyyətdən azad etmir. Yenə söhbət maddi yox, mənəvi məsuliyyətdən gedir. Bilmirəm, anlada bildimmi?
Yazıya nöqtə qoyanda daha bir dostum zəng etdi. Soruşdu ki, Con Toşakın sehrli çubuğu nə oldu? "Konturum” az olduğundan dostuma qısa cavab verdim:
- Toşakın sehrli çubuğunun üstünə Rednikin pişikləri zad edib...
Etibar Cəbrayıloğlu
Sportarena.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
03.11.2026
02.11.2026
























