3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

Qurban Qurbanov: “Bu, “Qəbələ”nin haqqıdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”yə qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə  matçla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı matçlarda uğurlar arzulayıram. Düzdür, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur.

- Bu oyunda bir neçə dəyişiklik etmişdiniz..

- Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.

- “Qəbələ” ilə son turda keçiriləcək oyunun Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədir?

- Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq “Qəbələ”nin haqqıdır. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdur.

- Şeydayevi komandada saxlayacaqsınız?

- Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışığımız olmayıb. Bu barədə nə “Trabzonspor”la, nə də Ramillə danışmışıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31