6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Qriqorçuk: “Kuboku əldə etmək üçün hər şeyə hazıram”

Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” - “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis görüşlə bağlı deyib:

 “Xal itirməyimiz pis oldu. Belə vəziyyətlərdə həmişə müsbət nə isə axtarmaq lazımdır. İkinci hissədə uzun müddət öz üslubumuzda oynadıq. Belə çıxış etməyimiz ilk dəfə deyil. Buna baxanda əmin oldum ki, belə oynasaq, kubokun finalına yüksəlmək vəzifəsinin öhdəsindən gələcəyik.

Oyunla bağlı analiz edəcəyimiz, futbolçularla danışacağımız məqamlar var. Amma ən vacibi odur ki, komanda ayıla bildi və ikinci hissədə aqressiv, sürətli, kəsərli oyun göstərdi. Bu da məni ümidləndirir. Komandada qələbə əzminin azalması ilə mübarizə aparır, bir-birimizə dəstək oluruq.

Bugünkü matçda çətin vəziyyətdə, hesabda geri olanda qarşılaşmanın axarını dəyişməyimiz bizə inam verir ki, əvvəlki kimi oynayacağıq. “Neftçi” ilə qarşıdakı yarımfinal oyununda finala vəsiqə qazanmaq, kuboku əldə etmək üçün hər şeyə hazıram. Azarkeşlər, bizə inananlar üçün mümkün olanı edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31