12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Ukrayna mətbuatı: Qriqorçuk yayda "Qəbələ"dən ayrıla bilər

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk yayda komandadan ayrıla bilər.

Futbolxeber.az saytının məlumatına görə, belə bir iddia ilə Ukraynanın "ua-football.com" saytı çıxış edib.

Ukrayna saytının yazdığına görə, bu mövsüm Qriqorçuk üçün "Qəbələ"də sonuncu ola bilər:

"2018-ci il Qriqorçuk üçün "Qəbələ"də sonuncu ola bilər. Buna görə də o, komandadan titul qazanaraq, getmək istəyir".

Qeyd edək ki, Qriqorçuk 2014-cü ildən "Qəbələ"yə başçılıq edir. Ukraynalı mütəxəssis 3 illik Azərbaycan karyerası ərzində "qırmızı-qaralar"la çempionatın gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunda final oynayıb. Onun ən böyük uğuru isə ardıcıl 2 dəfə Avroliqanın qrupuna vəsiqə qazanmasıdır. Təcrübəli mütəxəssis ölkəmizdə ilin baş məşqçisi də seçilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30