Ölkə futbolu
Yunis Hüseynov: “5-10 futbolçu ilə ortada qala bilmərəm”
"Oyun barədə nəsə demək çətindir. Çox istəyirdik ki, Avropa Liqasına çıxış üçün ən azı bir ümid yerimiz qalsın. Qış fasiləsindən sonra çıxıb Avroliqa üçün oynayacağımızı desəm, yalan olar. Amma kubok vasitəsi ilə istəyimizə nail ola bilərdik".
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə cavab görüşündən (2:3) sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov deyib. Məğlubiyyətin ağır olduğunu dilə gətirən mütəxəssis qış fasiləsindən sonra yaxşı heyət düzəltməyə çalışacaqlarını bildirib.
"Bu gün futbolçularımda istək gördüm, istəkli oynadılar. Çalışdılar ki, qələbə qazansınlar, lakin sonda təcrübə öz sözünü dedi. Ona görə də bu gün uduzduq. "Keşlə" komandasına uğurlar arzu edirəm. Bu gündən etibarən tətilə yollanırıq. Çalışacağıq ki, heç olmasa fasilə müddətində komandamızın gücünə nisbətən güc qataq”.
- Kubok sizin üçün sonuncu ümid yeri idi. Lakin futbolçularınız bu işin də öhdəsindən gələ bilmədi. "Qara siyahı"nızda kimlər yer alıb?
- Mən "Kəpəz"i 5-ci oyununa çıxarırdım. Bunlardan ikisi çempionat, 3-ü isə kubok görüşlərinə təsadüf edib. 4 qarşılaşmada uduzmuşuq. Belə götürəndə qalib gəldiyimiz "Binə" matçı da xoşuma gəlməyib. Uşaqlar yaxşı oyun nümayiş etdirməyiblər. Bəli, bütün bunlar reallıqdır. Ancaq həyatda ola biləcək şeydir. Bütün klubların başına gələ bilər və dəyişiklik etmək normaldır. Gedəcək futbolçuların adlarını açıqlasam, çox da yaxşı çıxmaz. Ancaq dəyişiklik olacaq.
- Dəyişiklik hər bir komandada olur. Lakin Yunis Hüseynovun komandası deyilirsə, komandanın 90 faizi dəyişməlidir. Çünki sizin işlədiyiniz klublar və göstərdiyiniz nəticələr göz qabağındadır. Futbolçu tapmaq necə, çətin olmayacaq?
- Bax elə mənim qorxduğum da budur. Düzdür, söz vermişəm, bu komandanı düzəltməliyəm. Düşünə bilərsiniz ki, hamı vaxt istəyir. Ancaq həqiqətən özünüz də görürsünüz ki, bu "Kəpəz"də çox dəyişiklik olmalıdır. Ancaq birdən-birə bütün heyəti göndərib, 5-10 futbolçu ilə ortada qala bilmərəm. Gecə-gündüz bu işin üstündə işləyirəm ki, "Kəpəz"ə layiqli futbolçu tapım.
- Bu gün Kərim Diniyev zədə ucbatından meydana çıxa bilməmişdi. Bununla belə, ola bilərmi ki, futbolçu atasının gedişindən sonra komandada qalmaq istəməsin?
- Yox, belə bir hal hiss etməmişəm. Kərim peşəkar futbolçudur. Sadəcə, zədəsi olduğu üçün bu matçı buraxmaq məcburiyyətində qaldı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
03.11.2026
02.11.2026
























