16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

UEFA açıqladı: Azərbaycan millisi birinci, ermənilər ikinci səbətdə

Millətlər Liqası öncəsi UEFA səbətlərin tərkibini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, D liqasında mübarizə aparacaq Azərbaycan millisi Makedoniya, Belarus Gürcüstanla birgə birinci səbətdə yer alıb.

D liqasında digər səbətlərin tərkibi aşağıdakı kimidir:

2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.

Millətlər Liqasının püşkü yanvarın 24-də Lozannada atılacaq.

Qeyd edək ki, D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda pley-off sistemində çempionluq uğrunda mübarizə aparacaq.

Əlavə edək ki, müharibə şəraitində olduğu üçün Azərbaycan və Ermənistan milliləri eyni qrupda yer ala bilməz. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31