28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

"Simurq" sabah yoxlama oyununa çıxacaq

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" hazırlığın 9-cu günündə də iki məşqə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Georgi Çixradzenin yetirmələri səhər hazırlığına isinmə hərəkətlərindən sonra fiziki gücün artırılması ilə bağlı təmrinləri yerinə yetirib. Məşqin əsas hissəsində isə taktiki və texniki tapşırıqlar yerinə yetirilib. Qapıya zərbələrlə hazırlıq tamamlanıb.

İki saata yaxın davam edən axşam məşqi isə əsasən taktiki təmrinlər üzərində qurulub. Qısa və uzun öturmələrdən sonra isə hazırlıq "kvadrat" oynamaqla davam edib. İki qrupa bölünən "sarı-qaralar" ikitərəfli oyun keçiriblər. Məşqin sonunda isə cərimə zərbələrinin yerinə yetirilməsi ilə hazırlıq tamamlanıb.

"Simurq" hazırlığın növbəti günündə iki məşqlə davam etdirəcək. İyulun 22-də isə Zaqatala təmsilçisi təlim-məşq toplanışının planına əsasən Avstriyada növbəti yoldaşlıq görüşünə çıxacaq








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28