Ölkə futbolu
"Biz “Olimpiakos” kimi güclü rəqiblə oyunda göstərdik ki..."
Ötən mövsüm “Simurq”un müdafiə xəttinin dəyişilməz isimlərindən olan Dilaver Zrnanoviç müqaviləsinin müddəti başa çatdığına görə komandayla yollarını ayırmışdı. Futbolxeber.az-ın məlumatına görə, ancaq məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağrılan bosniyalı futbolçu Zaqatala təmsilçisi ilə yeni müqavilə imzaladı. Klubun rəsmi saytına müsahibə verən təcrübəli müdafiəçi “sarı-qara”ların hazırlığı və “Simurq”a qayıtmağı haqqında sualları cavablandırıb.
- Hazırlıq necə gedir?
- Bir neçə gündür ki, düşərgəyə qoşulmuşam. Yeni heyət formalaşdırılır. Çoxlu gənc futbolçular transfer edilib. İnanıram ki, mən daxil olmaqla, Anderson, qapıçı Pavel, Ruslan, Polyak kimi bir neçə təcrübəli oyunçularla yanaşı, gənc futbulçularla yeni mövsümə var gücümüzlə hazırlaşacayıq. Yaxşı komanda formalaşdırıb və hazırlaşıb, yeni mövsümdə də iddiamızı ortaya qoyacayıq. Hazırda hər şey qaydasında gedir. Gündəlik məşqlərimizi edib, mövsümün başlamasını gözləyirik.
- Düşərgəyə qoşulduğun günün səhərisi “Olimpiakos”la yoldaşlıq görüşündə start heyətdə meydana çıxdın və qol vurdun. Bu barədə nə deyə bilərsən?
- Düzü həmin görüşə tam hazır deyildim. Çünki gecə gəlmişdim və komanda ilə birlikdə yalnız səhər isinmə hərəkətlərində iştirak etmişdim. Ondan əvvəlki bütün gün hava limanında olmuşdum. Bir balaca ayaqlarımda ağırlıq hiss edirdim. Ancaq buna baxmayaraq əsas heyətdə oyuna çıxdım. Rəqibimiz isə sıradan bir komanda deyildi. Sonunçu ölkə çempionudur. Yunanıstan Bosniya ilə Dünya Çempionatının seçmə qrup mərhələsində eyni qrupda olduğundan onların futbolçuları haqqında məlumatım var idi. Yığmada oynayan əksər futbolçular “Olimpiakos”un şərəfini qoruyur. Həmiçinin digər ölkələrində yığma üzvləri bu komandada oynayır. Ancaq buna baxmayaraq onlara qarşı yaxşı oynadıq. O ki qaldı qola, elə oldu ki, bəxtim gətirdi və düzgün mövqe seçmişdim. Nəticədə, qabağıma düşən topu qapıdan keçirdim.
- Necə oldu ki, “Simurq”a qayıtmağa razı oldun?
- Mövsümün bitməyinə az qalmış artıq klub rəhbərliyi ilə danışıqlara başlamışdım. Həmçinin baş məşqçidə məni komandada yenidən görmək istədiyini demişdi. Həm klubun meneceri, həm də prezindentlə bu barədə söhbətimiz olmuşdu. Bəzi detallar var idi ki, onları razılaşdırmaq lazım idi. Onları qaydasına qoyduqdan sonra yenidən “Simurq”a qayıtdım. Lakin şaiyələr çıxmışdı ki, guya “Qəbələ”ylə və ya hansısa Azərbaycan klubları ilə danışıqlar aparıram. Ancaq bütün bunlara fikir vermirdim. Prinsipcə sərbəst futbolçu idim. Kimləsə müqavilə imzalasaydımda, heç kəslə danışıqlar aparmazdım. Düzü bir neçə təkliflərim də var idi. Ancaq bunlara fikir vermədim və seçimimi “Simurq”dan yana etdim. Artıq rəsmi müqaviləyə imza atmışam. Burda özümü evimdəki kimi hiss edirəm. Həm klub rəhbərliyini, həmdə məşqçilər korpusunu yaxşı tanıyıram. Dostum olan komanda yoldaşlarım burdadır. Bu baxımdanda istəyim “Simurq”da qalmaq idi və bunu etdim. Yenidən doğma komandamdayam və hazırlıqları davam etdirirəm.
- Bizi qarşıda çətin mövsüm gözləyir. Bu haqda nə deyə bilərsən?
- Düşünürəm ki, hələ vaxtımız var. Fikrimcə bizə daha bir və ya iki təcrübəli futbolçu lazımdır. Həm hücum xəttini, həm də mərkəzi gücləndirməliyik. Əlbəttə, məşqçilər bunu məndən daha yaxşı bilir və onların işinə qatışa bilmərəm. Onlar məşqlərdə görürlər ki, kim daha yaxşı hazırlaşır və oynaya bilər. Düz qeyd edirsiz ki, çətin mövsüm olacaq. Ancaq biz “Olimpiakos” kimi güclü rəqiblə oyunda göstərdik ki, biz bu cür səviyyəli komandalara qarşı oynaya bilərik. Düşünürəm ki, yaxşı hazırlıq keçdikdən və yoldaşlıq görüşlərində təcrübə topladıqdan sonra heç bir rəqiblə oynamaq bizim üçün çətin olmayacaq. Hətta ola bilər ki, “Rəvan”la oyun bizim üçün ağır olsun, nəyin ki, “Neftçi” və ya “Xəzər Lənkəran”la. Fikrimcə, başdan biz oyunlara mərhələ-mərhələ hazırlaşmalıyıq. Əvvəlcə ilk rəqibimiz olacaq “Rəvan” haqqında düşünməlik. Ondan sonra isə “Xəzər Lənkaran” və digər görüşlər barəsində. Ötən mövsümdə heç kəs bizdən bu cür nəticə gözləmirdi. Bir neçə tur məğlub olmadıq. Bir müddət ilk pilləni heç kəsə vermədik. Ancaq düzü sonda göstərdiyimiz nəticədən razı qalmadım. Bu gün biz Avropa yarışlarında oynamalı idik. Lakin idman şansı bizdən yana olmadı.
- İstirahətini necə keçirdin?
- Mövsüm başa çatan kimi ölkəmə qayıtdım. Çünki çox darıxmışdım. Bir müddət orda qaldıqdan sonra Avstriyaya gəldim. Qız dostumla dəniz kənarına getdik. Yaxşı istirahət etdikdən sonra yenidən Bosniyaya getdim. Qardaşımın toyunda iştirak etdim. Bir neçə gündə istirahət edib, formamı itirməmək üçün məşqlərə başladım.
- Azərkeşlərimiz sənin yenidən komandaya qayıtmağına çox sevindilər. Burdan onlara nə deyərdin?
- Futbolçu həyatı elədir ki, bu gün burdasan, sabah başqa komandada. Əlbəttə, mövsümün sonunda bir çox futbolçunun klubla yollarını ayırması azərkeşlərimizi üzməyə bilməzdi. Ancaq bu “Simurq”un məşqçilərinin, prezidentinin, idarəçilərinin işidir. Onlar seçirlər kim qalacaq, kim gedəcək. Gedənlərə karyeralarında uğurlar arzulayıram. Lakin məşqçimizə inanıram. Bilirəm ki, o gedənlərin yerinə elələrin seçəcək ki, komandaya gələcəkdə xeyr verəcəklər, yenidən yaxşı nəticələr əldə edəcəyik. Azərkeşlərimizə onu deyə bilərəm ki, yeni mövsümdə məşqçimizin yeni quracağı komanda ilə onları sevindirməyə çalışacayıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























