21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Platye: "Növbəti mərhələyə keçən tərəf "Neftçi" olacaq"

“Neftçi” PFK-nın hollandiyalı hücumçusu Melvin Platye “Skenderbeu” ilə oyun barədə klubun rəsmi saytına danışıb. Futbolxeber.az-ın məlumatına görə, o, komandasının növbəti mərhələyə adlayacağına inandığını bildirib: "Düşünürəm ki, çox yaxşı oynadıq, əla qol şanslarımız oldu. Rəqib bütün komanda ilə müdafiəyə çəkildiyindən, qol vurmaq çətin idi. Bununla belə, fərqlənmək üçün kifayət qədər imkanlarımız var idi. Bu mənim “Neftçi”nin heyətində ilk rəsmi oyunum idi. Buna baxmayaraq, qol şansları qazandım, lakin təəssüf ki, bunlardan istifadə edə bilmədim. İlk qarşılaşma olduğundan, təbii ki, əvvəlcə həyəcan var idi. Lakin meydana çıxandan sonra azarkeşlərin möhtəşəm dəstəyi sayəsində həyəcanı boğa bildim. Fanatlar məni təəccübləndirdi, açığı, onlardan belə güclü dəstək gözləmirdim. Özümü evdəki kimi hiss edirdim. Ruhdan düşmək lazım deyil. Əminəm ki, səfərdə istədiyimiz nəticəni qazanacağıq. Növbəti mərhələyə keçən tərəf “Neftçi” olacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30