Ölkə futbolu
Vaqif Sadıqov: "Çexiya ilə oyundan sonra çarx hər iki tərəfə fırlana bilər"
“Milli komandamızı qarşıda fərqli əhəmiyyətə malik iki oyun gözləyir. Çexiya ilə qarşılaşma nəticə, Almaniya ilə görüş futbolçularımızın özlərini göstərməsi baxımından önəmlidir”.
Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya və Almaniya yığmalarına qarşı keçirəcəyi matçlar barədə danışarkən deyib.
58 yaşlı mütəxəssis oktyabrın 5-də Çexiya ilə Bakı Olimpiya Stadionunda baş tutacaq görüşün Azərbaycan futbolu üçün önəmli olduğunu söyləyib. O bildirib ki, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda qalib gəlməklə, yeniliyə imza ata bilər: “Yığmamız qalib gələcəyi təqdirdə qrupda 3-cü yeri təmin edəcək. Bu isə Azərbaycan futbolu üçün yeni bir tarixdir. Robert Prosinçki və komandasının görüşün əhəmiyyətini başa düşdüklərinə əminəm. Millimizin bu uğura imza atacağına inanıram. Bizi maraqlı və intriqalı oyun gözləyir. Komandamıza yalnız qələbə lazımdır. Digər nəticələr rəqiblərin bizi keçməsinə şərait yaradacaq. Bu, elə oyundur ki, çarx hər iki tərəfə fırlana bilər. Qələbə qazanıb tarix yazmağımız da, uduzub ənənəvi 5-ci yerə qayıtmağımız da mümkündür”.
Azərbaycan millisinin sabiq baş məşqçisi olan V.Sadıqov hesab edir ki, oktyabrın 8-də səfərdə Almaniya yığmasına qarşı olacaq matç yerli futbolçular üçün önəmlidir. Onun fikrincə, bu cür qarşılaşmalar azərbaycanlı oyunçuların özlərini göstərmələri üçün bir şansdır: “Futbolda sürprizlər olur. Lakin əsas məsələ gələcəyə nikbin baxmağa imkan verən oyun sərgiləməyimizdir. Hər bir futbolçu diqqət mərkəzində olacağını başa düşməlidir. Bu, onların özlərini göstərmələri üçün bir fürsətdir. Oyunçularımız bu cür şanslardan yararlanmağa çalışmalıdırlar”.
V.Sadıqov bildirib ki, dekabrda Azərbaycan millisi ilə müqaviləsinin müddəti başa çatacaq Robert Prosineçki ilə əməkdaşlığı davam etdirib-etdirməməklə bağlı qərar Çexiya və Almaniya ilə matçlardan sonra verilməlidir. Onun fikrincə, xorvatiyalı mütəxəssisin işinə soyuq başla qiymət verilməlidir.
Məşqçilər Komitəsinin sədri Rəşad Sadıqovun Çexiya ilə görüşdə sonuncu dəfə Azərbaycan millisinin formasını geyinəcəyinə də münasibət bildirib. O, millinin kapitanının geyindiyi 14 nömrəli formanın əbədiləşdirilməsi ilə bağlı təklif irəli sürmədiklərini deyib: “Rəşadın Azərbaycan futboluna verdiyi töhvələr göz qabağındadır. Onun vida matçı ilə bağlı hələlik biz tərəfdən heç bir təklif irəli sürülməyib. Dövlətimizin, AFFA-nın Sadıqova münasibəti bəllidir. Karyeranı bitirməklə bağlı qərarlar asan verilmir. Yəqin ki, çox götür-qoy edib. Rəşad peşəkar karyerasını bitirəndən sonra belə futbol ailəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. O, kənarda qalmayacaq. Hazırda əsas olan Çexiya ilə oyundur. Burada qələbənin verəcəyi rekord 13 xal və ilk dəfə 3-cü yeri tutmaq Rəşad üçün hədiyyə olacaq”.
Qeyd edək ki, V.Sadıqov müxtəlif vaxtlarda (1997/1998, 2002, 2005) Azərbaycan millisinin baş məşqçisi olub.
report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
11.11.2026
10.11.2026
09.11.2026
























