Ölkə futbolu
Davud Kərimi: "Kəpəz"i ağır duruma biz futbolçular salmışıq"
“Kəpəz”in qolkiperi Davud Kərimi klubun rəsmi saytına müsahibə verib.
Futbolxeber.az təcrübəli qapıçının müsahibəsini təqdim edir:
- Davud, söhbətə “Səbail” ilə oyun haqda fikirlərini öyrənməklə başlamaq istərdik...
- Çempionatda istər əvvəlki bütün oyunlara, istərsə də “Səbail”ə qarşı matça qələbə üçün çıxmışdıq, fikrimiz uğurlu nəticə əldə etmək idi. Bunun üçün kifayət qədər motivasiyalı idik. Rəqibi də ciddiyə almışdıq. Xalımız azdır, ona görə hər oyunda qələbəyə ehtiyacımız var. Amma son oyunda yaxşı oynamadıq və bunun da nəticəsində uduzduq. Bakı klubu da eyni məqsədlə meydana çıxmışdı və istəyinə nail oldu.
- Ümumiyyətlə, komandada nə baş verir?
- İnanın ki, pis çıxış etmək üçün heç bir səbəb yoxdur. Oyunlara köklənməyimiz, hazırlığımız normaldır. Qalır mübarizə aparıb xal qazanmaq. Buna da hələlik nail ola bilmirik.
- “Kəpəz” bundan əvvəlki turda “Qarabağ”a uduzsa da, layiqli şəkildə çıxış edib rəqibə ciddi müqavimət göstərmişdi. Amma “Səbail” ilə oyunda bunu görmədik. Niyə?
- Tam doğru buyurursuz. Biz Yevlaxda “Zirə”yə böyük hesabla uduzduq lakin belə oynamadıq. Topa sahibolmada üstünlük bizdə idi. Amma son matçda çox bərbad çıxış etdik. Baş məşqçimiz haqlı olaraq çempionatda ən zəif oyunumuzu keçirdiyimizi bildirdi. Hücum qura bilmirdik. Zəif çıxışımızın da nəticəsində uduzduq.
- Matçın gedişində tez-tez komanda yoldaşlarına irad tuturdun. Lakin kənardan məşqçi tapşırıqları, meydanda da sənin sözlərin onlara kömək etmədi.
- Pis vəziyyətdəyik, məğlub olsaq belə hər oyun öncəsi yeni motivasiyaya ehtiyacımız olur. Bizi komandaya Şahin Diniyev gətirib. O, inanaraq futbolçuları heyətə cəlb edib, onun ümidlərini doğrultmalıyıq. Başqa cür ola bilməz. Diniyev bizim üçün çox əziyyət çəkib. Bu gün “Kəpəz”i ağır duruma biz futbolçular salmışıq, günahkarıq. Klub rəhbərliyi, Şahin müəllim və azarkeşlər bu cür nəticələrə layiq deyil. Onlar üçün daha yaxşısını etməliyik. Ona görə “Səbail” ilə görüşdə meydanda danışmaq missiyasını öz üzərimə götürüb uşaqları toparlamağa çalışırdım. Kimsə oynayır, digəri məğlubiyyətin şokundan başını itirir, başqa birisi oynamaq istəyir amma özünü ələ ala bilmir. Belə halda sözlərlə komanda yoldaşlarına ürək-dirək verməyə çalışırsan. Bir kollektiv olaraq hamımız eyni yerə vurmalı, can yandırmalıyıq. Başa düşürəm oyunumuz alınmaya bilər, amma asan təslim olmaq olmaz, mübarizə aparmaq lazımdır. Oyunda çox əsəbi idim. Komandanı bu vəziyyətdən tezliklə çıxarmalıyıq.
- Sizi qarşıda daha bir çətin oyun gözləyir. “Qəbələ” çempionatın iddialı klublarından biridir. Bu oyundan nə gözləyək?
- “Qəbələ” çempionatın ən güclü komandaları sırasındadır, odur ki, bizi gərgin görüş gözləyir. Rəqibin yaxşı heyəti var. Amma səfərə məğlubiyyət üçün yollanmayacağıq. Əlimizi yanımıza sallayıb təslim olmayacağıq. Rəqibin kimliyindən asılı olmayaraq layiqli mübarizə aparmaq və nəticə qazanmaq lazımdır.
- “Kəpəz” adına yaraşmayan yerdədir...
- Düzdü, bizdən qələbə gözləyənlərdən üzrxahlıq edirik. “Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədovun doğum günü tədbirində fanatlarımızla görüşdük. Onların yanında çox utandıq. “Səbail”ə qarşı matçın sonunda heç azarkeşlərə tərəf gedə bilmədim. Çünki fanatlarımıza yaxşı nəticə söz vermişdik, amma sözümüzü tuta bilmədik. Komanda olaraq azarkeşlərin dəstəyinə indi daha çox ehtiyacımız var. Bizdən küsməsinlər, “Kəpəz” Gəncədə oynamağa başlayanda onları tez-tez sevindirəcəyimizə inanırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























