Ölkə futbolu
Qurban Qurbanov: "Bütün dünyaya göstərmək istəyirik ki, bu ərazilər bizə məxsusdur"
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sportskeeda" nəşrinə geniş müsahibə verib.
Futbolxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis Qarabağ problemindən tutmuş komanda ilə bağlı məsələlərədək çoxsaylı sualları cavablandırıb...
- “Qarabağ”ın Avropa futbolunda unikal tarixi var: Məcburi köçkün komandası olmaq sizin üçün nə deməkdir?
- Hər bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var.
Torpaqlarımızın bir hissəsi düşmən tərəfindən işğal olunub. Bu klubda böyük məmnuniyyətlə işləyirəm və öz öhdəliklərimi heç vaxt unutmuram. Hər zaman öz torpaqlarını, evlərini tərk etmək məcburiyyətində qalan insanları düşünürəm.
- Nə vaxtsa Ağdamda olmusunuz? Ruhlar şəhərinə baş çəkmək necə bir hissdir?
- Bəli, orada olmuşam. Lakin hisslərimi bir müsahibədə ifadə edə bilmərəm. Həqiqətən çox gözəl şəhər idi. Oranı öz gözlərinizlə görməyiniz lazımdır. Hazırda ora gedə bilməməyimiz mənim üçün çox ağırdır.
- Nəyə görə daha Quzanlıda oynamırsınız?
- Orada əvvəllər oynamışıq. Məndən asılı olsaydı, Quzanlıda daha çox çıxış etməyimizi istəyərdim. Təəssüf ki, Quzanlıda futbol üçün lazımı şərait yoxdur. Bu səbəbdən, Bakıda oynamağa məcburuq.
- Tərəfdarlarınız beləi şəraitdə necə dözürlər?
- Şərtlər uyğun deyil. Onlar çox əziyyət çəkirlər. “Qarabağ”ı çox sevirlər və bu komanda ilə yaşayırlar.
- Necə düşünürsünüz: bir gün Ağdama qayıdacaqsınız?
- Hər zaman ümidlə yaşamaq lazımdır. Həmişə Allaha dua edirəm ki, bu ərazi yenidən bizim olsun. Buna çox inanıram. Siyasətdən uzaq adamam. Bir şeyi bilirəm: Prezidentimiz işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün böyük səy göstərir. Lakin bizdən asılı olmayan məsələlər var. Azərbaycan vətəndaşı kimi biz də ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik. Bütün dünyaya göstərmək istəyirik ki, bu ərazilər bizə məxsusdur. Bu fürsətdən istifadə edə bilməyimizdən şadam. Görürəm ki, sizin də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yetərli məlumatınız var. Buna görə sizə “çox sağ ol” deyirəm. Bütün dünyada sülh olmasını istəyirəm.
- Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaq sizin üçün nə deməkdir?
- Bu, Avropanın yaxşı klublarının mübarizə apardığı ən nüfuzlu turniridir. Bildiyiniz kimi, biz kiçik futbol ölkəsiyik. Ona görə də yarışda ölkəmizi və işğal olunmuş şəhəri təmsil etmək bizim üçün şərəfdir.
- İlk matçda “Çelsi”yə 0:6 hesabı ilə uduzdunuz. Bu uğursuzluğu nə ilə izah edərdiniz?
- Aydın məsələdir ki, “Qarabağ”la “Çelsi” arasında böyük fərq var. Lakin yekun nəticə fərqli ola bilərdi. Bu, turnirdə ilk oyunumuz idi və təcrübəsizliyimizin bədəlini çox baha ödədik.
- “Roma” ilə oyuna necə hazırlaşırsınız?
- “Roma” böyük tarixə malik klubdur. Onlar “Çelsi” və “Atletiko” ilə eyni səviyyədədirlər. Onların yaxşı məşqçisi, futbolçuları və oyun tərzləri var. Çox güclü rəqibə qarşı oynamağa hazırlaşırıq. “Roma”nın hansısa futbolçusunu fərqləndirməzdim. Çünki hamısı yaxşıdır.
- Bu, “Roma”nın Françesko Tottisiz ilk mövsümüdür. Bununla bağlı nə deyə bilərsiniz?
- Totti ən yaxşılardan biri idi. O, təqaüdə getsə də, “Roma”nı Tottisiz təsəvvür edə bilmirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























