Ölkə futbolu
Ayxan Abbasov: "Rəşada qarşı kinim, küsülüyüm yoxdur"
"Neftçi" Topaz Premyer Liqasının növbəti turu öncəsi etdiyi dəyişiklərlə diqqət çəkdi. Elxan Abdullayevin baş məşqçi postundan istefasından sonra nəhayət, bu vəzifəyə yeni təyinat reallaşdı. Bu, "ağ-qaralar"da həm futbolçu, həm də məşqçi olmuş Tərlan Əhmədovdu. Onun ilk transferi isə daha öncə 2 müxtəlif vaxtda "Neftçi"də oynamış, onun kapitanı olmuş təcrübəli yarımmüdafiəçi Rəşad Sadiqov olub. Komanda üçün köhnə-yeni simaların debütü V turda sentyabrın 16-da "Bakcell Arena"da "Zirə"ylə matç olacaq. Sonuncuların baş məşqçisi Ayxan Abbasov üçün "Neftçi"dəki yeni təyinatlar çox yaxşı tanış olduğundan Sport24.az ona tribuna verib. Futbolxeber.az müsahibəni təıqdim edir.
- Növbəti turda rəqibiniz olan "Neftçi"də baş verən dəyişiklikləri necə şərh edərdiniz?
- "Neftçi" ilə oyuna məşqləər artıq başlamışıq. Hər şey qaydasındadı. Son turdakı oyunda bəzi futbolçularda mikrozədələr də qarşıdakı matçadək düzələcək. Əsas futbolçuları oyuna kökləmək, yaxşı hazırlaşdırmaqdı. "Neftçi"yə gəlincə, hər bi komandaya yeni baş məşqçi gələndə, istər-istəməz futbolçularda dəyişiklik olur. "Neftçi"də hansı dəyişiklərin olmasına baxmayaraq, əvvəl nəzərə tutduğumuz kimi, rəqib 4 turda necə oynayıbsa, elə də hazırlaşacağıq. Tərlan Əhmədovun oyunda nə edəcəyi bizim üçün bir az sürpriz olacaq.
- Yeri gəlmişkən, Tərlan Əhmədova zəng vurub təbrik etmisiniz?
- Bunu oyunda edəcəyəm. İndisə saytınız vasitəsilə Tərlan müəllimi təbrik edirəm. Həm bir yerdə oynamışıq, həm də məşqçi kimi rəqib olmuşuq. İnşallah, işi uğurlu olar. "Neftçi"nin son turda "Sumqayıt"la səfər matçında ikinci hissədə oyunu doğrudan da xoşuma gəldi. Fasilədən sonra daha istəkli oldular. Bizim üçün çətin oyun olacaq.
- Sizcə, yaxşı tandığınız Əhmədov "Neftçi"ni düşdüyü çətin vəziyyətdən çıxara bilərmi?
- "Neftçi"nin problemini dərindən bilmirəm. Tərlan müəllim bu təklifi qəbul edibsə, əlbəttə, demək öznüə inanır. Komandanı bu durumdan çıxarmağa çalışacaq. Yenə deyirəm ki, klubun öz problemləri var yeni baş məşqçi bunlardan xəbərdardı. Ancaq mən xəbərdar deyiləm. Əhmədov çox fikirləşib ki, bu qərarı qəbul edib.
- Futbolçular yeni baş məşqçiyə özlərini göstərmək üçün dəridən-qabıdan çıxacaqlar. Bu isə "Zirə"ylə oyuna təsadüf edəcək və sizin üçün heç yerinə düşmür...
- Bu da böyük problem deyil. Çünki Tərlan müəllim olmasaydı, Elşad Əhmədov və Elxan Abdullayev baş məşqçi olsaydı, "Neftçi" yenə meydana nəticə qazanmaq üçün çıxacaqdı. Futbolçular onsuz da bu 4 turda istəkli olublar. Bu, görsənir. "Sumqayıt"la oyunda da görürdük ki, qol vurmaq, qol qazanmaq üçün sonadək mübarizə aparırdılar. Bu, normal haldı. Ancaq motivasiya, yeni baş məşqçi gəlmək baxımından daha da istəkli olurlar. Biz də bu şeyləri nəzərə alırıq və bunlar problem olmalı deyil. Əgər bir komandaya qalib gəlmək, yaxud onun meydanında xal götürmək istəyirsənsə, rəqibdən çox çalışmalı, ondan çox istəkli olmalısan. Bu gün rəqibində baş məşqçi dəyişibsə, yeni baş məşqçi gəlibsə, yenə əziyyət çəkməli, əzmkarlıq göstərməliyik. Biz də bunu edəcəyik.
- "Neftçi" indiyədək çempionatda "Zirə"yə qalib gələ bilməyib. Bu, psixoloji baxımdan xeyrinizə ola bilərmi?
- Statikstikaya çox önəm vermirəm. O mənada ki, statikstika hərdən tərsinə də olur. Çempionarda belə şey var ki, hansı komandanın hansısa rəqiblə oyunu alınmasın. Ancaq mən bir şey deyərdim ki, "Neftçi"ylə "Zirə"nin qarşılaşmaları həmişə çox maraqlı olub. Meydanda gərgin mübarizə gedib. Düzdür, "Neftçi"nin son illərdə bir az problemləri olub. Ancaq yenə də deyirəm ki, hansısa baş məşqçi olanda da maraqlı qarşılşamalar olub. Yadımdadı, "Bakcell Arena"da 1:1 hesabı ilə nəticələn matçımız çox maraqlı keçmişdi. Elxan Abdulalyevin komandası üzərində 2:1 hesabı ilə qlaib gəldiyimiz oyun da maraqlı olmuşdu. Zirədə 2:2 oynadıq, sonda "Neftçi"yə texniki məğlubiyyət verildi, yenə də maraqlı, gərgin qarşılaşma oldu. Bugünkü çempionatımızə götürsək, görürük ki, meydança çox mübarizə aparılır. Yoxsa çətin olacaq.
- "Zirə"dən çıxardığınız Rəşad Sadiqovun "Neftçi"yə keçidi sizə necə təsir etdi?
- Sözün açığı, Rəşadın keçidi xəbərini eşidəndə sevindim. Çünki Sadiqovla ayrılanda da ona demişdim ki, oynasan, yaxşıdı. Özü də oynamaq istəyirdi. Belə də böyük problem görmürəm. Bu, futboldu, bu gün Rəşad "Neftçi"dədi, sabah başqa yerdə olacaq, məşqçi ola, qarşılaşa bilərik. Sadiqovla bizdə sırf problem onda oldu ki, işləməyimizdə gələcəkdə çətinlik ola bilərdi. Ancaq böyük problem görmürəm. İnşallah, o da xeyir verər.
- Yəni Rəşadla küsülü deyilsiniz və sabah üz-üzə gələndə əl verib görüşəcəksiniz...
- Əlbəttə, başqa cür etmərəm. Rəşadla bağlı qərarı da sırf peşəkar yanaşmaya, klubun mənafeyinə görə atdım. Komandanı mənə həval ediblərsə, ona cavabdehəm. Hansısa bir hərəkət işimizə mane olursa, onda başqa şey fikirləşmirik. Sırf işə görə bu addımlar atılmışdı. Sadiqov bərasində heç bir kinim, küsülüyüm də yoxdu.
- Sizcə, Rəşad "Zirə"yə özünü göstərmək üçün alışıb-yanacaqmı ki, mən sizə lazım ola bilərdim?
- Rəşad "Zirə"yə lazım olmasaydı, onu yayda transfer etməzdik. Amma onun bu gün Azərbaycan futbolunda böyük tərcübəsi var. Sadiqov hər bir komandaya, o cümlədən "Neftçi"yə də kömək edə bilər. O, alışıb-yansa, meydança çox qaçsa, nəsə qazanmaq istəsə də, bu, normal haldı. Yeni klubunda özünü yaxşı tərəfdən göstərməyə çalışacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:24
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:30
Azərbaycan millisi dünya çempionatında son oyununa çıxır
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
30.10.2026
29.10.2026
28.10.2026
























