12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Rəvan" Sloveniya, Serbiya və Türkiyə klublarına qarşı

Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən "Rəvan”ın adıçəkilən ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərin adlarına aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə, paytaxt klubu Sloveniyada ən azı 3 yoldaşlıq görüşü keçirəcək.

İlk oyun bu gün keçiriləcək. “Rəvan”ın ilk sparrinq-rəqibi yerli klublardan "Aluminiy” olacaq. Ötən mövsüm Sloveniya kubokunda yarımfinala yüksəlmiş Kidriçevo təmsilçisi ilə oyun yerli vaxtla saat 18:00-da başlayacaq.

Ardından iyulun 21-də Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə matç olacaq. 3 gün sonra isə Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” rəqib qismində çıxış edəcək. Bu oyunlar da yerli vaxtla saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Rəvan”ın Mariborda daha 1 yoxlama matçı keçirmək ehtimalı var. Bu yöndə danışıqlar davam etdirilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30