21 Avqust 2026, Cümə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Ölkə futbolu

Asif Məmmədov: "İlk görüşdə münasib nəticə əldə etməyə çalışmalıyıq"

“Mariehamn”la keçirilən oyunda zədə alan “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədov vəziyyəti və UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Tromso” ilə baş tutacaq oyun haqqında danışıb: "Komandayla məşq edirəm, həkimlər də tez bir zamanda bərpa olmağım üçün əllərindən gələni edirlər. Hələlik ağrılar hiss edirəm və “Tromso” ilə oyunda meydançaya çıxacağımı bilmirəm. Meydançaya çıxmağı istəyirəm, lakin digər faktları da nəzərə almaq lazımdır. Rəqibimiz fiziki keyfiyyətlərilə fərqlənir, Norveç klubunun heyətində hündürboylu futbolçular çoxdur. Onlar cinahlar vasitəsilə oyuna əsaslanan Britanya futbol tərzinə üstünlük verirlər. Amma hesab edirəm ki, bu rəqiblə oynamaq olar  və qələbə qazanmaq da mümkündür. Komandaların şansı bərabərdir, biz ilk görüşdə münasib nəticə əldə etməyə çalışmalıyıq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31