Ölkə futbolu
Anton Kanibolotski: “Qarabağ” Ukrayna çempionatında oynasaydı...
“Qarabağ”ın ukraynalı qapıçısı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qolkiper Ağdam klubuna keçidi, sabiq komandası “Şaxtyor” və digər məqamlar haqda danışıb.
- Azərbaycana getmək qərarınız Ukraynada çoxunu təəccübləndirdi. Seçiminizdə nə rol oynadı?
- Hər şey sadədi: “Qarabağ”ın təklifi bütün variantların içində ən ciddisi idi. Azərbaycan klubu mənimlə real şəkildə maraqlandı. Fikirləşdim ki, rəhbərlik və məşqçilər korpusu məni heyətdə görmək istəyirsə, niyə də özümü sınamayım?
- Digər klublardan da təklif almışdınız? Ukraynada qalmaq variantınız var idi?
- Başdan deyim ki, karyeramı Ukraynada davam etdirmək variantına, ümumiyyətlə, baxmadım. “Şaxtyor” kimi komandadan ayrılıb, ölkənin digər klubuna keçmək məntiqlidimi? Özünüz də başa düşürsüz ki, sabiq komandamda olan şərtlər “Dinamo” istisna olmaqla, Ukraynanın heç bir klubunda yoxdu. Buna görə də, çempionatımızın digər təmsilçisinə keçid karyeramda geriyə atılmış addım olardı.
- “Şaxtyor”da heç cür əsas qapıçı ola, “11-lik”dən Andrey Pyatovu çıxara bilmədiniz. Komandanızı bir qədər tez dəyişməli deyildiniz?
- Müqaviləm var idi, buna görə də, təkcə öz istəyimlə hərəkət edə bilməzdim. “Şaxtyor”da keçirdiyim vaxta görə təəssüflənmirəm. Donetsk klubu ilə 3 dəfə Ukrayna çempionatı, 3 dəfə ölkə kuboku və Ukrayna Superkubokunun qalibi adını qazandım. Hər ukraynalı futbolçu bu qədər mükafat əldə etmir.
- “Qarabağ”a keçidinizlə bağlı nə deyə bilərsiz?
- Karyeramda yeni mərhələdi. Dəyişiklik etmək istədim. Ukraynada qalmaqda məna görmədim. Vəziyyəti dəyişməyə, yeni bir şey öyrənməyə can atırdım. Deyərdim ki, təkcə karyeramda yox, həm də həyatımda yeni mərhələ başladı. Bu vaxta qədər ölkəmdən kənarda yaşamamışdım.
- “Şaxtyor”dan Azərbaycan klubuna keçid irəliyə, ya geriyə atılmış addımdı?
- Hələ bu suala cavab verə bilmərəm. Seçimimin doğru olub-olmadığını zaman göstərəcək.
- Yeni komandanıza uyğunlaşa bilmisizmi? “Qarabağ” haqda ümumi fikirləriniz necədi?
- Hər şey yaxşıdı. Komanda yoldaşlarım məni çox isti qarşıladılar. Məişət problemim yoxdu. Deyə bilərəm ki, “Qarabağ” qarşısına maksimum hədəflər qoyan, çox ciddi klubdu.
- “Qarabağ” Ukrayna Premyer Liqasında çıxış etsəydi, hansı pilləni tutardı?
- “Şaxtyor”la ayaqlaşmaq çətin olar. Amma “üçlüy”ə düşmək uğrunda mütləq mübarizə apara bilərdik. “Şaxtyor” və”Dinamo”dan başqa Ukraynanın bütün komandaları ilə eyni səviyyədə oynamaq, onları məğlub etmək gücündəyik.
- Çempionlar Liqasında (ÇL) “Şerif”lə matçlarda “Qarabağ”ın qapısını niyə İbrahim Şehiç qorudu? İndiki məqamda komandanın əsas qolkiperi odu?
- İbrahim 2013-cü ildən klubdadı. Bu müddət ərzində 4 dəfə çempion adını qazanıb, 3 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Amma inanıram ki, mənə də etibar edəcəklər, oynayacağam. Əks halda, məni komandaya dəvət etməyin nə mənası var idi?
- “Qarabağ” qarşısına Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub?
- Avrokuboklarda bacardığımız qədər irəliləmək niyyətindəyik. Təbii ki, ÇL-in qrup mərhələsinə düşməyi çox istərdik. Axı bu, Avropada çıxış edən hər futbolçu üçün yüksək göstəricidi.
apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























