24 Iyun 2026, Çərşənbə
"Zirə" Tavareş Vieranı transfer etdi
“Kəpəz”də yeni baş məşqçi
Eltun Yaqublu "Zirə"yə qayıtdı
"Qarabağ" Avstriyaya yollandı

Ölkə futbolu

"Rəvan" Sloveniyaya gedir

"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində ilk mərhələni geridə qoyub. Futbolxeber.az-ın məlumatına görə, dünən sadəcə, oyunsonrası bərpaedici proseslər həyata keçirilib. Bu gün isə "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyaya yollanacaq. Bakı - Vyana - Maribor marşrutu ilə hərəkət edəcək komanda Bakıdan Avstriyanın paytaxtına təyyarə ilə, ordan Sloveniyanın adıçəkilən şəhərinə isə avtobusla yollanacaq.

Mariborda komanda üzvləri "Draş Hotel”də qalacaq. Komanda Maribor toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Toplanış ayın 26-na qədər olacaq. İyulun son, avqustun ilk günlərində isə hazırlığın sonuncu mərhələsi olacaq. Komanda həmin müddətdə yenə Bakıda hazırlığını davam etdirəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30