30 Oktyabr 2025, Cümə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

“Sumqayıt” Boluda 4 oyun keçirəcək

“Sumqayıt” Futbol Klubu 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Belə ki, “Sumqayıt” FK ilk olaraq, 17 iyul tarixində Superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq.

Qeyd edək ki, 1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

“Sumqayıt” növbəti yoxlama oyununu 20 iyul tarixində Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh” komandasına qarşı keçirəcək. 1958-ci ildə yaranmış klub son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.

3-cü yoxlama görüşündə təmsilçimiz 23 iyul tarixində Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşacaq. 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü TFF 1. Liqasını lider olaraq tamamlayaraq, Superliqaya yüksəlib.

“Sumqayıt” son yoxlama oyununu isə 28 iyul tarixində Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”a qarşı keçirəcək. 1956-cı ildə qurulmuş Burayda təmsilçisi 2016/17 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 8-ci yeri tutub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31