20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Ölkə futbolu

"Xəzər Lənkəran" bu gün İsrailə yollanır

"Xəzər Lənkəran” Futbol Klubu sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak etmək məqsədilə səfərə yollanır. Futbolxeber.az-ın məlumatına görə, “Makkabi” (Hayfa) ilə qarşılaşacaq cənublular vacib görüşə hazırlığını təmin etmək məqsədilə İsrailə uçuşun sabah həyata keçirilməsi planlaşdırılır.

14 iyul tarixində Bakı vaxtı ilə saat 19:00-da Bakı-Tel Əviv reysi ilə yola düşəcək “Xəzər Lənkəran” yerli vaxtla saat 20:30-da İsrail paytaxtında olacaq. Bundan sonra komanda avtobusla matçın keçiriləcəyi Hayfa şəhərinə yollanaraq “Dan Panorama” otelində məskunlaşacaq.

Qarşılaşmadan öncə keçiriləcək məşqdən əlavə Con Toşakın rəhbərlik etdiyi heyətin daha üç məşq keçirməsi nəzərdə tutulur. Məşqlərin 15 iyul yerli vaxtla saat 10:00-da, həmçinin 16 iyul saat 10:00 və 18:00-da baş tutması planlaşdırılır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31