4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Strasser: “Nəticə ədalətli deyil”

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “İnter” evdə “Fola”nı (Lüksemburq) 1:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, Lüksembur klubunun baş məşqçisi Jeff Strasser oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Hesab edirəm ki, nəticə ədalətli deyil. Zənnimcə, bərabərlik daha ədalətli olardı. Ancaq nə etmək olar, belə alındı.
 
- Denis Silva ilə aranızda xoşagəlməz hadisə yaşandı. Topu kənara atdınız. Baş məşqçinin bu cür hərəkəti təəccübləndirdi...
- Buna dair UEFA qərar verər.
 
- Hesab 1:0 olandan sonra komandanızın şanslarını necə dəyərləndirirsiniz?
- Statistika göstərir ki, adətən 1:0 hesabı udan komanda daha çox hallarda mərhələ adlayır. Ancaq bizim də şanslarımız qalır və bundan maksimum faydalanmağa çalışacağıq.
 
- Lüksemburq çempionatının gümüş mükafatçısını Azərbaycan 4-cüsü daha rahat keçdi, nəinki Azərbaycanın 3-cüsü ölkənizin 3-cüsü ilə ilk oyunda. Bu təzada necə aydınlıq gətirərdiniz?
- “Differdanj”la aramızdakı oyunlarda uduzmuşuq. Bizdə 14 komanda, sizdə 8 kollektiv mübarizə aparır. Bütün hallarda, sətirarası komplimentə görə təşəkkür edirəm.
 
- “İnter”i yaxşı təhlil etmişdiniz?
- Tam gözlədiyimiz kimi oynadılar. Deməli, sxemdə müəyyən dəyişiklik etməliyik ki, evdə daha yaxşı nəticə əldə edək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31