14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

Şotlandiyalı yarımmüdafiəçi “Qəbələ”də

2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolxeber.az saytının məlumatına görə, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirən “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.

Şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey icarə əsasında 1 il “Qəbələ”nin heyətində çıxış edəcək. Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub.

26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında  “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən Endi son iki mövsümü bu komandanın formasını geyinib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31