14 Yanvar 2026, Çərşənbə
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov Almaniya Futbol İttifaqının baş katibi ilə görüşdü

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının baş katibi Helmut Sandrockla görüşüb. Futbolxeber.az-ın məlumatına görə, görüşdə AFFA ilə AFİ arasında 4 ildən artıq müddətdə davam edən əməkdaşlıq barədə söhbət açılıb, Azərbaycanda uşaq futbolunun inkişafı və məşqçilik kurslarının təşkili, Bakı şəhərində Azərbaycan və Almaniyanın veteran futbolçuları arasında, həmçinin hər iki ölkənin 17 yaşadək futolçulardan ibarət komandaları arasında yoldaşlıq oyununun keçirilməsi xatırlanıb, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkili və infrastrukturun genişləndirilməsi ilə bağlı Almaniya Futbol İttifaqı tərəfindən AFFA-ya verilən tövsiyələr qeyd olunub. Sonda AFFA-nın nəzərdə tutulan beynəlxalq layihələri barədə danışılıb və iki ölkənin futbol qurumları arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31