Ölkə futbolu
Təbriz Həsənov: “Çox adam bunu bilmir”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi saytına müsahibə verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
- Təbriz müəllim, 50 illik yubileyniz münasibətilə sizi təbrik edirik. Əsri yarılamısımız, özünüzü bu yaşda necə hiss edirsiniz?
- Təbrik üçün təşəkkür edirəm. Əvvəllər fikirləşirdim ki, görəsən nə vaxtsa mənim də 50 yaşım olacaq? Hələ gücüm, enerjim var. Özümü gümrah və şux hiss edirəm. Təqvimə baxmasam, heç 50 yaşında olduğumu deməzdim. İstəməzdim kənardan baxıb “Təbrizin də 50 yaşı oldu”, desinlər. Çox adam bu yaşda olduğumu bilmir.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- 1967-ci il iyunun 15-də Bakıda dünyaya göz açmışam. Davakar, kür uşaq olmamışam. İstər məktəb həyatında, istərsə də futbolda həmişə böyüklərdən nəsə öyrənməyə çalışmışam. Ailədə 5 uşaq olmuşuq – 3 bacı, 2 qardaş. Ailəmizin dördüncü övladıyam. Deməzdim məktəbdə əlaçı olmuşam. Uşaqlığım paytaxtın indiki Əcəmi Naxçıvani küçəsində keçib. Bizim məhəllənin camaatı əsasən ev tikmə kombinatında işləyirdi. Onun yanında “motorball” yarışlarının keçirilməsi üçün meydança var idi. Biz də uşaq olduğumuz üçün marağımız var idi, gedib oyunlara baxırdıq. Evdən gizlincə qaçıb həmin meydançada futbol oynayırdıq. Futbola gəlişim məhz bu gündən başlayıb. Bir gün futbol oynadığımız zaman Aleksey Nikolayeviç Marçinka adında məşqçi oyunumu bəyənib məni “fşm”ə dəvət etdi. O vaxt “fşm”in məşqləri məhz “motorball” yarışı keçirilən meydançada olurdu. Gedən gündən komandanın kapitanı seçildim və beləcə futbolçu karyerama başladım.
- Maraqlıdır, adınızı kim və niyə məhz Təbriz qoyub?
- Bu adı mənə dayım qoyub. Əslən Qazaxdan olsaq da, anamın anası Cənubi Azərbaycandan – Təbrizdən köçüb gəlib. Ona görə də dayım adımı Təbriz qoyub.
- Təbrizlə nəsə bir bağlılığınız qalıbmı?
- Təəssüf ki, xeyr.
- Həyatınızın hansı dövrünü özünüz üçün daha unudulmaz hesab edirsiniz? Ümumiyyətlə, geridə qalan 50 illik ömrünüzü necə qiymətləndirirsiniz?
- Futbolda ilk addım atdığım gündən karyeramı bitirdiyim anadək keçirdiyim illər mənim üçün daha maraqlı olub. Daim aktiv və maraqlı həyat sürmüşəm. Demək olar ki, evdə tapılmırdım. Futbolçu və məşqçi kimi bir çox ölkələrdə olmuşam. Ola bilər, futbolçu kimi böyük arzulara çata bilməyim, amma Azərbaycan çempionu, ölkə kubokunun qalibi olmuşam, az da olsa milli komandanın şərəfini qorumuşam. O vaxt futboldan başqa qayğımız olmurdu. Bütün çətinliklərimizi valideynlər çəkirdi. Bizim işimiz yalnız futbol oynamaq idi. Ancaq böyüyürsən, ailə qurursan və bu dəfə sən özün qayğı çəkməli olursan, çətinliklərlə üzləşirsən və anlayırsan ki, həyatın digər üzü də var imiş.
- Nə düşünürsünüz, bu illər ərzində etdikləriniz sizi qane edirmi?
- Bir övlad kimi daim valideynlərimin başını uca etmişəm. Dost-tanış yanında da həmişə hörmətim olub. İstər məktəb illərində, istərsə də komanda yoldaşlarımla normal, dostluq münasibətim olub. Həmişə böyüklərin hörmətini saxlamışam. Bir insanın fərd, şəxsiyyət olaraq formalaşmasında bunların əhəmiyyəti var. Sağ olsun valideynlərim, müəllimlərim məni bu cür yetişdiriblər. İndi də çalışıram ki, övladlarım üçün əlimdən gələni edim. Əgər geriyə boylananda peşman olacaq addım atmamışamsa, deməli, etdiklərim məni qane edir.
- Məktəb illərini necə xatırlayırsınız? Məsələn, orta məktəbdən başlayan və hələ də davam edən dostluq münasibətiniz varmı?
- Bəli, lap yaxın dostlarım olub, onlarla birlikdə futbol oynamışıq. Lakin sonradan onlar başqa sahədə çalışıblar. Bununla belə, bizim hələ də münasibətimiz var. Ailəvi dostluq edirik, tez-tez olmasa da, arada görüşüb futbol oynayırıq.
- Bəs heyfsləndiyiniz nəsə olubmu?
- Bəli, orta məktəbdə oxuyarkən xarici dillərdən birini öyrənmədiyimə görə çox heyfslənirəm. Əslində, o vaxt elə quruluş idi ki, rus dilini bilməyin kifayət edirdi. Müəlliməm idmançı olduğumu nəzərə alıb, xarici dilin gələcəkdə lazım olacağını deyirdi. Bizə xarici dil kimi alman dili tədris olunurdu. Onu da bilərəkdən və ya bilməyərəkdən sonuncu dəsrə salırdılar. Çox vaxt sonuncu dərsə cəmi 2-3 uşaq qalırdı. Bəlkə də alman dili birinci dərsdə keçirilsəydi, daha çox uşaq öyrənərdi. Nə öyrəndin məktəbdə öyrənirsən, sonradan nə qədər çalışsan da alınmır.
- Sizin üçün zirvə nədir? O zirvəni fəth etmək üçün hansı addımları atmısınız?
- Hər insan üçün bir zirvə olur və ona can atmağa çalışır. Mənim üçün zirvə anlayışı qarşına məqsəd qoyursan və ona çatmaq üçün çalışırsan. İstəyinə nail olduqdan sonra növbəti məqsədi müəyyən edirsən və yenidən onu əldə etmək üçün mübarizə aparırsan. Bir şeylə kifayətlənmirəm. Hər dəfə məqsədini daha da artırırsan. Və mərhələ-mərhələ, səbrlə həmin məqsəd üçün çalışırsan. Bir sözlə, mənim üçün konkret zirvə yoxdur ki, ora can atım.
- Həyatı bir cümlə ilə necə ifadə edərdiniz?
- Həyat mübarizədir. Daim mübarizə aparmalısan. Atdığın hər addımda çəkdiyin əziyyəti hiss etməlisən. Həyat o zaman daha maraqlı və daha şirin olur. Ayıq olmalısan, diqqətli olmalısan. 50 yaşım olmasına baxmayaraq, özümü 20 yaşındakı gənc kimi hiss edirəm. Daim nəsə öyrənmək istəyirəm, yeniliklərə uyğunlaşmağa çalışıram.
- Artıq 10 ildən çoxdur əsasən uşaq komandalarında çalışırsınız. Maraqlıdır, Təbriz Həsənov evdə necə valideyndir?
- Üç qızım var. Daim çalışmışam ki, onlara düzgün tərbiyə verim. Nə sərt ata olmuşam, nə də mülayim. İşimlə əlaqədar səfərlərdə çox olduğumdan onlara kiçik yaşlarından qayğı göstərə bilməmişəm. Bu işlə daha çox anaları məşğul olub. Onlarla birlikdə olanda həm ata, həm qardaş, həm də bir dost kimi davranmağa çalışıram.
- Dostlarınız sizi haqqınızda nə düşünür?
- Əslində, bu sualı onlar cavablandırsa daha yaxşı olardı. Dost nədir? Əgər kiminləsə dostluq edirsənsə, onun hər bir acı sözünü də xoş qəbul edə bilirsən. İndi insanlar çox aqressivdirlər. Yaxşı olardı ki, bütün insanlar biri-biri ilə dost olsunlar. Çünki dostun dediyi hər bir sözü qəbul edə bilirsən. Dediyim kimi, mənim birinci sinifdən dostluq etdiyim insanlar var.
- Sizi daha çox kimlər incidir, futbolçular, yoxsa jurnalistlər?
- Jurnalistlərlə heç bir problemim yoxdur. Peşəkar jurnalistlərin çoxu ilə yaxşı münasibətimiz var. Sağlam və yerində edilmiş tənqidlərdən nəticə çıxarmağa çalışıram. Uşaqlara gəlincə, onlarla işləmək əlbəttə, məsuliyyətli işdir. Məsələn, 7-8 il əvvəl rəhbərliyim altında oynayan uşaqlara tapşırığı bir dəfə deyirdim, anlayırdılar, yerinə yetirirdilər. Tədricən böyüyürlər peşəkarlıq fazasına keçəndə əvvəlki kimi olmurlar. Artıq tapşırığı bir yox, bir neçə dəfə deyirsən, təkrarlayırsan. Yəni bu müddət ərzində istər xasiyyətlərində, istərsə də davranışlarında çox dəyişikliklər olur. Təəssüf ki, bu məqam müsbət yox, mənfiyə doğru gedir. İndiki uşaqların öyrənmək, qavramaq qabiliyyəti sanki çətinləşib.
- Ömrünüzün çoxunu futbola həsr etmisiniz. Geriyə boylananda təəssüfləndiyiniz an olubmu?
- Əlbəttə, olub. Ancaq elə məqamlardır ki, onu dilə gətirməyə dəyməz. Hər insanın həyatında təəssüfləndiyi anlar olub.
- Futbol sahəsində etmək istədiyiniz və indiyədək etmədiyiniz nə isə varmı?
- Futbolun zirvəsi odur ki, iştirak etdiyin hər bir yarışın qalibi olasan. Əfsuslar olsun ki, Azərbaycan futbolu hələ o səviyyədə deyil ki, komandamız mütəmadi olaraq Avropa və ya dünya çempionatlarında iştirak etsin, qalib olsun. Şans hər zaman var. Məşqçi olaraq, birgə çalışdığım futbolçulardan kimsə dünya səviyyəli futbolçu kimi yetişsə, top klubların formasını geyinsə, bu mənim üçün əsl zirvə olacaq.
- Bu müddətə qədərki fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Daha yaxşı ola bilərdi. Mən elə bir insanam ki, heç vaxt öz işimdən razı qalmıram. İnsan ömrü boyu yeni bir şey öyrənməlidir. Məşqçi kimi böyük uğurlarım yoxdur. Beynəlxalq səviyyədə kiçik turnirləri nəzərə almıram. Yuxarıda qeyd etdiyim kimi, o vaxt işimdən razı olacağam ki, yetişdirdiyim futbolçular 3-4 ildən sonra milli komandanın aparıcı üzvləri olacaq və ya dünya səviyyəli oyunçu kimi qarşımıza çıxacaqlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
22:43
Savo: “Qazanmaq üçün hər şey edəcəyik”
-
22:21
“Şamaxı”nın bir rəqibi bilindi
-
20:55
"Qarabağ"dan böyükhesablı qələbə
-
20:34
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
20:02
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
-
19:49
“Neftçi” yeni formasını təqdim etdi FOTOLENT
-
19:37
"Fənərbaxça" Tovuza gəlir
-
19:10
Bir təyinata sözardı - QEYD
-
18:26
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
17:58
Ceyhun Sultanov: “Hədəf barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar”
-
17:15
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
16:33
Tçkayev qızıl, Heydərov bürünc medal qazandı
-
16:01
Ukrayna klubu Leandro Andradenin keçidini açıqladı
-
14:44
Kabo Verde - Səudiyyə Ərəbistanı matçında heç-heçə VİDEO
-
14:29
Bahadur Həziyev yenidən “Səbail”də
-
14:12
Belçikadan 5 qollu qələbə VİDEO
-
13:57
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu FOTOLENT
-
13:30
Misir - İran oyununda qalib aşkarlanmadı VİDEO
-
13:05
Andrade “Qarabağ”dan getdi
-
11:46
"Qarabağ" Avstriyada ilk oyununa çıxır
-
11:28
Musleranın səhvi İspaniyaya qələbə qazandırdı VİDEO
-
11:13
Kurtua Belçika futbolunun tarixinə düşdü
-
10:51
Seneqal İraqı darmadağın etdi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:24
"Qarabağ"ın Avstriya toplanışı davam edir FOTOLENT
-
10:02
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
09:47
Fransa Norveçə şans tanımadı VİDEO
-
22:43
Lyubomir Tupta rəsmən “Neftçi”də
-
21:59
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
-
21:36
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı
-
19:27
"Turan Tovuz" Vadji ilə yeni müqavilə imzaladı
-
18:15
Bəhlul Mustafazadə nə vaxt meydana qayıdacaq?
-
18:00
“Zirə”də kadr dəyişikliyi olub
-
17:38
“Zirə”nin rəqibi xorvat yarımmüdafiəçi ilə gücləndi
-
16:52
Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
-
16:24
“Səbail”dən növbəti transfer
-
16:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
15:41
Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
-
15:19
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi
-
14:53
Riad Rəfiyev Braziliya təəssüratlarını bölüşdü: “Məhsuldar və yaddaqalan səfər idi” FOTOLENT
-
14:37
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
14:26
Vernidub: “Yeni mövsümdə tribunaları dolu görmək istərdim”
-
14:05
Yuri Vernidub daha 2 il “Neftçi”də! FOTOLENT
-
13:48
Renaldo Sefas: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”
-
12:12
“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi
-
11:54
Türkiyə - ABŞ matçında 5 qol VİDEO
-
11:31
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
10:47
Almaniya Ekvadora uduzdu VİDEO
-
10:23
Azərbaycan taekvondoçusu Qazaxıstanda qızıl medal qazanıb
-
10:00
Niderland Tunisi 3 qolla üstələdi VİDEO
27.06.2026
26.06.2026
















.jpg)






