26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

UEFA "İnter"in oyununun yerini dəyişdi

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının bəzilərinin yeri dəyişdirilib. Futbolxeber.az-ın məlumatına görə, iyulun 18-də Bakıda 2 qarşılaşma keçirilməli olduğundan bu matçların da biri ilə bağlı qərar verilib.

Həmin gün “İnter” Norveç “Tromse”sini, “Qarabağ” Polşa “Pyast”ını qəbul etməli idi. Üstəlik bundan 1 gün əvvəl Çempionlar liqasının II təsnifat mərhələsində “Neftçi” Albaniya “Skenderbeu”sunu qəbul edəcək.

Bütün bunlara əssən Avropa Liqasındakı oyunlarımızdan birinin yerinin dəyişdiriləcəyini gözləmək mümkün idi. Elə UEFA-da Bakı stadionlarınmı nəzərə alaraq müvafiq addım atıb. Belə ki, “İnter” ilk matçını Norveçdə keçirəcək. Dünən Finlandiyada “Mariehamn”ı udan təmsilçimiz növbəti cümə axşamı Skandinaviyanın digər ölkəsində meydana çıxacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31