9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Kapitandan çempionluq şərhi: “Çətin oldu” (ÖZƏL)

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qarabağ” səfərdə “İnter”ə 3:0 hesabı ilə qalib gələrək sona 2 tur qalmış çempionluğunu élan edib. “İnter Arena”dakı matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Ağdam klubunun kapitanı Rəşad Sadıqov qələbəni şərh edib:
 
- Ardıcıl 4-cü çempionluğu yaşadınız. Bu sizin üçün adiləşmədi?
- Xeyr, adiləşmədi. Bu çempionluq çətin oldu, gərgin mübarizə getdi. Şükürlər olsun ki, sonda çempion ola bildi. Btün azarkeşləri, “Qarabağ”sevərləri təbrik edirəm. 
 
- “Qarabağ” çempion olduqdan sonra ilk ağla gələn 4-cü cəhdə Çempionlar Liqasının qrup mərhələsinə adlamaqdı. Bunu bacaracaqsınız?
- Hələ o oyunlara çox vaxt var. Bizi qarşıda kubokun finalı gözləyir. Ona görə də bu haqda danışmaq çox tezdir. 
 
- “Qəbələ” də çempionluq üçün mübarizə aparırdı. Kubokun finalında da rəqibinizdir…
- Əlbəttə ki, “Qəbələ” də kuboku qazanmağa çalışacaq. Ən azından mövsümü kubokla başa vurmaq istəyəcəklər. Bu, finaldır və burada favorit olmur. Şanslar bərabərdir. 
 
- Final Naxçıvandadır və azarkeşlərin həmin şəhərə getməklə bağlı problemləri var…
- Bu barədə nəsə edə bilmərik, qərar qəbul olunub. əlbəttə ki, azarkeşləri də başa düşürəm. Hamı oyunnun elə yerdə keçirilməsini istərdi ki, gedə bilsin. Bu haqda çox da fikir bildirə bilmirəm.  
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31