16 Oktyabr 2025, Cümə axşamı
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları

Ölkə futbolu

"Simurq" Kartepedə hazırlıqları davam etdirir

"Simurq" yeni mövsümün hazırlıqlarının davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, dünən iki məşqə çıxan komanda səhər çalışmasına fiziki gücün artırılması ilə başlayıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında "sarı-qaralar" tapşırıqları yerinə yetirib. Daha sonra isə taktiki və texniki çalışmalara keçilib. Xüsusən hücum təşkili və sonunfu zərbələr üzərində məşq edilib.

Mövsümün sonunda müqaviləsinin müddəti bitdiyinə görə komandayla yollarını ayıran Anderson Oliveyra məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağırılıb. Braziliyalı müdafiəçi dünəndən məşqlərə başlayıb. Yaxın günlərdə onunla yeni müqavilə imzalanacaq.

Axşam məşqində isə "Simurq" bu günkü yoldaşlıq görüşünə hazırlıq çərçivəsində məşq edib. Qaçış və isinmə hərəkətlərindən sonra "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31