19 Iyun 2026, Cümə
Millimizin rəqibləri müəyyənləşdi
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi

Ölkə futbolu

"Hamısı mənim bəxtimdəndir"

“Hesabın belə olacağını gözləmirdim. Amma matçın çətin olacağını bilirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev deyib.
 
Komandasının ən təcrübəlilərindən olan müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə ilk oyunundan sonra matç (1:1) haqda fikirlərini açıqlayıb. Matçın 83-cü dəqiqəsində meydandan qovulan futbolçu hakimin fərqli qərar verə biləcəyini düşünür: “İlk qoldan sonra ola bilsin ki, bizdə arxayınçılıq yarandı. Bu amil də rəqibin işinə yaradı. Əgər ikinci qolu vursaydıq “Slima” belə riskli oynamazdı. Meydandan qovulmağıma gəlincə, hakim ikinci sarı vərəqəni verməyə bilərdi. Hamısı mənim bəxtimdəndir”. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30