20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Ölkə futbolu

"Qəbələ" Subotiçi transfer etdi

"Qəbələ" növbəti transferini reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, əyalət təmsilçisi Daniel Subotiçi heyətinə qatıb. 24 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. Daniel 1989-cu il yanvarın 31-də Zaqrebdə anadan olub. Milliyətcə bosniyalı olsa da, həm Serbiya, həm də İsveçrə pasportuna malikdir. "Qəbələ"nin yeni transferi yaxşı fiziki göstəriciləri ilə seçilir. Onun boyu 190 sm, çəkisi isə 91 kq-dı. Karyerasına İngiltərənin "Portsmut" klubunda başlayan Subotiç daha sonra icarə əsasında Belçikanın "Zulte-Varegem", İtaliyanın "Qrosseto", Rumıniyanın "Universitatya" klublarında  forma geyib. Onun sonuncu klubu isə "Volın" olub. Son mövsümdə Ukrayna təmsilçisinin heyətində 25 matça çıxan 24 yaşlı forvard 5 qol vurmağa müvəffəq olub. O "Qəbələ"yə azad agent kimi qoşulub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31