9 May 2026, Şənbə
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci

Ölkə futbolu

“Qəbələ” Türkiyə toplanışını darmadağınla başa vurdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın təlim-məşq toplanışındakı son rəqibi yerli “Kunduspor” olub. Təmsilçimiz matça aşağıdakı “11-lik”lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.
 
Qarşılaşma “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız top keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.
 
Yanvarın 8-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Şimal təmsilçisi bunadək keçirdiyi ilk iki oyunda “Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və “Antalyaspor”a 1:2 hesabı ilə uduzmuşdu.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31