Ölkə futbolu
“Qarabağ”da “sönən”lər... ARAŞDIRMA
Son illər Azərbaycan futbolunda “Qarabağ” və Qurban Qurbanov fırtınası əsir. Ağdam klubu təcrübəli mütəxəssisin rəhbərliyi altında ölkədaxilində rəqib tanımır, Avropada da ölkəmizi uğurla təmsil edir. Yeganə mənfi məqam kimi “Qarabağ”a üz tutan gənc və perspektivli futbolçuların ümidləri doğrultmamasını göstərmək olar.
Elşən Abdullayev və Ağabala Ramazanovun “Qarabağ”a transferi bu məsələni yenidən gündəmə gətirib. Əksəriyyət bu 2 futbolçunun səhv etdiyini, digər gənc həmkarları kimi “Qarabağ”da gözən itəcəklərini proqnozlaşdırırlar. Məsələnin aktuallığını nəzərə alaraq, son illər “Qarabağ”da “sönən”lərdən hazırladığımız siyahını təqdim edirik:
BƏXTİYAR SOLTANOV...
Vaxtı ilə ölkənin ən perspektivli futbolçularından hesab olunan, 17 yaşında Ermənistan millisinə 2 qol vuran Bəxtiyar Soltanov gənc yaşlarında yetirməsi olduğu “Bakı”da əsas heyətdə forma geyirdi. Coko Haciyevki, Bülənt Qorxmazın vaxtında “zolaqlılar”ın əsas heyət üzvü olan Soltanov Vinfred Şeferin gəlişindən sonra kölgəyə çəkildi. Yekunda da o, “Qarabağ”a üz tutdu. Ağdam klubuna gəldiyi ilk günlərdə Bəxtiyar Soltanov ümidləri doğruldurdu. İlk rəsmi oyununda səfərdə Litvanın “Banqa” klubuna qol vuran gənc forvard, daha sonra “Brügge” ilə Bakıda keçirilən oyunda sona yaxın meydana daxil olmasına baxmayaraq, fərqlənməyi bacardı. Lakin avrokuboklardan sonra Qurban Qurbanov Bəxtiyar Soltanova demək olar ki, özünü göstərmək üçün şans vermədi. Bundan sonra karyerasında eniş başlayan Soltanov heç cür əvvəlki parlaq çıxışını göstərə bilmədi.
VƏ “BAKI”NIN DİGƏR YETİRMƏLƏRİ
Bəxtiyar Soltanov kimi “Bakı”nın daha bir neçə yetirməsi “Qarabağ”da gözdən itib. Bu baxımdan ağla ilk olaraq Şəhriyar Əliyev və Namiq Ələsgərov gəlir. Amma Soltanovdan fərqli olaraq, bu 2 futbolçu yetirmələri olduqları klubu pis gündə - “Bakı”da maddi vəziyyət pisləşəndə tərk ediblər.
Çox nadir hallarda “Qarabağ”da heyət üzü görən Şəhriyar Əliyev artıq 2 mövsümdür “Kəpəz”də forma geyir. Namiq Ələsgərov isə ilk vaxtlar özünü yaxşı tərəfdən göstərib, milliyə belə cəlb olundu. Bununla belə, Malta ilə oyunda alınan zədə Ələsgərovu xeyli geri saldı. Ötən mövsümün ikinci yarısını icarə əsasında “Kəpəz”də keçirən, bu yay yenidən Ağdam klubuna qayıdan Ələsgərov bir neçə gün əvvəl “Qarabağ”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozdu.
2 yarımmüdafiəçi - Hacı Əhmədov və Vüqar Mustafayev də “Qarabağ”a yetirmələri olduqları “Bakı”dan gediblər. Digərləri kimi onlar da erkən yaşda “zolaqlılar”ın əsas heyətində debüt etsələr də, Ağdam klubunda “11-liy”in daimi üzvünə çevrilə bilməyiblər. “Qarabağ”da heç 10 oyuna çıxmayan Vüqar artıq 2 ildir “Zirə”də çıxış edir. Hacı Əhmədov isə əslən olduğu Zaqatalanın eyniadlı komandasında forma geyir.
“Qarabağ”a üz tutan “Bakı”nın sonuncu yetirməsi isə Mahir Mədətovdur. Lakin gənc forvardın “Qarabağ”da karyerasını uğursuz alındığını indidən söyləmək tezdir.
CAVİD TAĞIYEV
AZAL-da inamlı təsir bağışlayan Cavid Tağıyev ilk mövsümündə “Qarabağ”da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ötən mövsümdən etibarən isə vəziyyət tam dəyişdi. İlk “11-lik”dən kənarda qalan cinah yarımmüdafiəçisi bu mövsümün əvvəlində “Zirə”yə üz tutdu. Baxmayaraq ki, yayda Şahin Diniyev Cavidi israrla komandasında görmək istəyirdi...
TƏRLAN QULİYEV
“Neftçi”nin yetirməsi olan Tərlan Quliyev vaxtı ilə ən perspektivli oyunçulardan hesab edilirdi. Erkən yaşlarda o hətta Avroliqanın qrup mərhələsində də meydana çıxmağı bacarmışdı. Ancaq “Qarabağ”a keçid onun da karyerasına ziyan oldu. Düzdür, hazırda Quliyev həm “İnter”in əsas heyət üzvüdür, həm də milliyə dəvət alır. Amma fakt odur ki, Quliyev gənc yaşlarında ehtimal olunan perspektivini tam aça bilmədi.
ŞAHRUDDİN MAQOMEDALİYEV
Daha əvvəl “Sumqayıt”ın formasını geyən Şahruddin U-21 millimizin də əsas qapıçısı idi. Son tsikldə gənclər yığmamızın yığdığı 9 xalda bəstəboy qapıçının rolu az olmayıb. Lakin gənclər millisindəki çıxışı da onun “Qarabağ”ın start heyətinə düşməsinə kifayət etmir.
AZƏR SALAHLI
Bəlkə də başqa ölkədə, U-21-in kapitanı ən perspektivli futbolçulardan hesab olunar. Amma bizdə gənclər yığmasının kapitanı buna qədər daha çox əvəzedici heyətdə çıxış edib. Salahlı “İnter”in əsas heyətinə düşə bilmədiyi kimi, “Qarabağ” da “ilk 11-lik”dən kənarda qaldı. Bəlkə də həmin vaxt ortabab və ya autsayder kluba keçsəydi, sol cinah müdafiəçisi daha çox oyun praktikası qazanardı. Hazırda “Sumqayıt”a üz tutan Salahlı mütəmadi oyun praktikası qazanır.
Göründüyü kimi, müxtəlif vaxtlarda bir çox perspektivli futbolçular böyük ümidlərlə üz tutduqları “Qarabağ”da istəklərinə çata bilməyibər. Əslində, bu siyahını uzatmaq, Mahir Mədətov kimi Coşqun Diniyev və Elvin Yunuszadənin də adını bura daxil etmək olardı. Amma nəzərə alaq ki, adıçəkilən 3 futblçu hələ də Ağdam klubunun düşərgəsindədirlər və özlərini göstərmək üçün şans qazana bilərlər. Elşən Abdullayev və Ağabala Ramazanovun “Qarabağ”dakı karyeralarının nə qədər uğurlu alınıb-alınmayacağını isə zaan göstərəcək. Şübhəsiz, hər şeyin yaxşı olması üçün ilk növbədə gənc oyunçular dayanmadan çalışmalıdırlar...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























