13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Ölkə futbolu

Marçin Brosz: "Qarabağ"ın zəif və güclü cəhətlərini öyrənmək üçün..."

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi olan Polşanın "Piast Qilavitse" klubunun baş məşqçisi Marçin Brosz Makedoniyada baş tutacaq "Metallurq" - "Qarabağ" matçını stadiondan canlı izləyəcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə polşalı mütəxəssisin özü məlumat verib: "Metallurq" - "Qarabağ" matçını izləmək üçün Makedoniyaya gedəcəyəm. Çünki məhz bu iki rəqibdən biri II təsnifat mərhələsində rəqibimiz olacaq. Ancaq onu deyim ki, artıq "Qarabağ" haqda müəyyən məlumatlar əldə etmişəm. Bu komandanın zəif və güclü cəhətlərini öyrənmək üçün cari mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan "Qarabağ" - "Neftçi" (1:2) matçının videoyazısını izləmişəm. Ola bilsin ki, biz elə "Qarabağ"la oynadıq. Çünki "Qarabağ" üç il öncə "Metallurq"u ümumi hesabda 5:2 məğlub edərək növbəti mərhələyə adlamışdı". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31